• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
4.02.22 21:11
gundem / cemiyyet

Bu fani dünyada maşın arzusu və ya pandemiyanın avtomobil satışlarına təsiri



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının Marketinq üzrə direktoru Ruslan Musayevin Autograph.az-da dünyada maşın arzusu və ya pandemiyanın avtomobil satışlarına təsiri barədə araşdırması yayımlanıb.

Sözügedən məqaləni təqdim edirik:


COVID-19 adlı virusun tüğyan etdiyi daha bir il geridə qaldı. Bütün sahələrdə olduğu kimi, pandemiya avtomobil sənayesinə də öz təsirini göstərdi.

Zavodların fəaliyyətində baş vermiş fasilələr və yarımkeçiricilərin qıtlığı avtomobil istehsalına təsir edən amillər oldu. Bu arada nə qədər qəribə səslənsə də, lüks seqmentinə daxil olan avtomobil istehsalçıları 2021-ci ili yüksək satış nəticələri ilə başa vurduqlarını açıqladılar.

Məsələn, Rolls-Royce şirkətinin rəhbəri Torsten Müller-Otvos başçılıq etdiyi məhşur Britanya markasının 2021-ci ili rekordla başa vurmasının səbəbini məhz pandemiyada gördüyünü bildirdi. Sən demə, koronavirus insanlara dünyanın fani olduğunu göstərərək, həyatı tam gücü ilə yaşamağa - yəni arzudıqları avtomobilin alınmasını sonraya saxlamamağa və elə günü bu gün əldə etməyə sövq edibmiş.

Bildirməliyəm ki, bənzər nəticəni Azərbaycanda da müşahidə etmək mümkündür, lakin burada söhbət təkcə lüks seqmentdən yox, ümumiyyətlə avtomobil bazarında baş vermiş tendensiyalardan gedir. Rəsmi məlumatlardan başlayaq:

Dövlət Gömrük Komitəsi açıqlama verib ki, 2021-ci ildə ölkəyə 935,2 milyon ABŞ dolları dəyərində 91 194 ədəd müxtəlif təyinatlı avtomobil ixdal olunub. Bunlardan 85 151 ədədi minik avtomobilləridir.

Şübhəsiz bu sayın tərkibinə təzə və köhnə, eləcə də rəsmi və qeyri rəsmi idxalçıların bazara çıxardığı avtomobillər daxildir. Sıralarında 40-a yaxın avtomobil markasının rəsmi diler və distribyutorlarını birləşdirən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) marketinq şöbəsi 2021-ci ilin yekunları üzrə ənənəvi hesabatını başa çatdırıb. Qeyd edək ki, bu sənədin əsas təyinatı assosiasiya üzvlərinə informasiya dəstəyi vermək, onlara gələcək biznes-planlarında istifadə etmək üçün lazım olan rəqəmləri çatdırmaqdır. Bu hesabatın əksər hissəsi daxili sənəd kimi AADA üzvlərinə göndərilir, lakin heç bir kommersiya sirri kəsb etməyən müəyyən hissəsi avtomobil həvəskarlarını əhatə edən geniş auditoriyaya maraqlı olduğundan, KİV-lərdə dərc olunur.

Beləliklə, hesabata əsasən 2021-ci ildə AADA üzvləri 10 700 ədəd avtomobil idxal ediblər ki, əvvəla bu göstərici rəsmi dilerlərin ümumi bazar payının təxminən 14 faizinə sahib olduğunu göstərir. İkincisi bu rəqəmi 2020-ci ilin nəticələri (6 805) ilə müqaysə etsək, 36.4 faiz artımın şahidi oluruq. Bəlkə də “Rolls-Royce” alıcıları “beş günlük” azarlı-viruslu dünyada arzularına tez çatmağa can atırlar, lakin kütləvi avtomobillər sektorunda satışların yüksəlməsi ondan xəbər verir ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinə vaxtaşırı qoyulan məhdudiyyətlər, üstəgəl metroda-avtobusda mövcud olan yüksək yoluxma təhlükəsi əhali arasında fərdi nəqliyyat vasitələrinə marağı artırmışıdır.

Hələ bir neçə il əvvəl şəxsi avtomobil barədə düşünməyən şəxslər belə hazırda maşın almaq fikrindədir. Hesabatdan daha bir neçə maraqlı rəqəmlər gətirək: keçən il ölkəmizdə premium markalardan 732, kütləvi markalardan isə 9418 avtomobil satılıb. Kommsersiya nəqliyyatı üzrə illik satış göstəricisi 550 ədəd olub.

Kütləvi avtomobillər arasında liderlik B seqmeninə (orta qiymət 17,2 - 29,9 min manat) məxsusdur - bu seqmentdən olan avtomobillərin satışı ümumi göstəricinin 20 faizini (1856 ədəd) təşkil edir. Bu seqmentin lideri “Kia Rio” modelidir. Onu “Lada Granta” və “Skoda Rapid” modelləri təqib edir. İkinci yeri B-SUV seqmentindən (17,3 - 49,9 min manat) olan avtomobillər tutur - 19 faiz (1763). Bu seqmentdə böyük üstünlüklə “Lada Niva” liderlik edir. İkinci və üçüncü yerləri, müvafiq olaraq “Hyundai Creta” və “Kia Seltos” modelləri yerləşir.

Üçüncü yerdə C seqmentinə (26,8 - 41,9 manat) aid edilən avtomobillərdir - onların ümumi satışlardakı payı 17 faiz (1563) təşkil edir. Bu seqmentin liderləri “Hyundai Accent”, “Toyota Corolla” və “Hyundai Elantra” modelləridir. İlk beşliyi 15 faizlik (1405) göstərici ilə D-SUV seqmenti və 8 faizlik (731) pay ilə pikaplar tamamlayır. D-SUV-lər arasında şübhəsiz lider “Toyota RAV4” modelidir. Onu “Kia Sorento” və “Hyundai SantaFe” cütlüyü təqib edir. Pikap seqmentindəki üçlük belə sıralanıb: “Mitsubishi L200”, “Toyota HiLux” və “JAC T8”.

Premium-seqmentdə vəziyyət tamamilə fərqlidir. Burada F sinfindən avtomobillər liderlik edir: birinci yerdə (231 ədəd, 32 faiz) F-SUV, ikinci yerdə 24 faizlik nəticə ilə E-SUV (175), üçüncü yerdə isə 19 faizliik (136) göstərici ilə F seqmentindən olan minik avtomobilləri qərarlaşıblar. Dördüncü və beşinci yerləri, müvafiq olaraq, 14 faizlik (105) nəticə ilə D-SUV və 9 fazlə (67) E seqmentindən olan avtomobillər tutur.

F-SUV seqmentinin lideri “Mercedes-Benz GLS” modelidir. İkinci yerdə “Range Rover” modeli, üçüncü yerdə isə əfsanəvi “Mercedes-Benz G-Class” qərarlaşıblar. E-SUV seqmentində lider “Lexus RX” modelidir. Onu iki “Mercedes-Benz” modeli “GLE” və “GLE Coupe” krossoverləri təqib edir. F seqmentinin şübhəsiz lideri “Mercedes-Benz” markasının flaqmanı “S-Class” sedanıdır.

Maraqlıdır ki, kommersiya avtomobilləri seqmentində də artım müşahidə olunur. Beləki, 2020-ci ildə 489 belə nəqliyyat vasitəsi satılmışdısa, 2021-ci ildə bu göstərici 550 ədəd təşkil edib. Kommersiya avtomobillərinin 70 faizini (386 ədəd) sərnişin, 30 faizini (164) isə yük avtomobilləri təşkil edib. Bu seqmentdəki ilk üçlükdə “FIAT”, “Hyundai” və “BAIC” markaları təmsil olunub.

Şübhəsiz oxucuları maraqlandıran əsas sual hansı markanın ümumi satışlar baxmından lider olmasıdır. “Turnir cədvəlinə” son illərdə olduğu kimi “Toyota” markası başçılıq edir - beləki, yapon brendi yeni avtomobillər bazarının 22 faizinə sahibdir. İkinci yerdə bazarın 17 faizinə hakim olan “Lada” markası qərarlaşıb. 15 faizlik göstərici ilə “Hyundai” markası ilk üçlüyə daxil olmağı bacarıb. Dördüncü yerdə 13 faizlik göstərici ilə “Kia” markası yerləşib, beşinci yeri isə 5 faiz göstərici ilə “Mitsubishi” markası tutur. Premium seqmentində liderlik “Mercedes-Benz” markasına məxsusdur. Alman markasının təqibçiləri “Lexus” və “Range Roverdir”. Ən maraqlısı odur ki, 2021-ci ildə premium seqmentində artım müşahidə olunmayıb - rəsmi dilerlərin satış göstəriciləri sabitdir.

Keçək əsas məsələlərdən birinə - “yaşıl” avtomobillərə. 2021-ci ildə alıcıların əksəriyyəti sırf daxili yanma mühərriikləri ilə təchiz edilmiş avtomobillərə üstünlük veriblər. Məlum məsələdir ki, benzin mühərrikləri ilə təchiz edilmiş avtomobillər böyük üstünlük təşkil edir. Lakin son zamanların trendi - hibrid avtomobillərinin satışı da ciddi şəkildə artıb və bu sahədə liderlik “Toyota” markasına məxsusdur. Yapon markasının dilerləri alıcılara hibrid güc qurğusu ilə təchiz edilmiş “Corolla”, “Camry” və “RAV4” modellərini təklif edirlər. Hibridlər arasında birincilik “RAV4” krossoverinə məxsusdur - alıcıların 65 faizi hibridlə təchiz edilmiş krossoveri seçiblər. Hibrid mühərrikinə malik olan “Camry” və “Corolla” modelləri də öz alıcılarını tapıb.

Elektromobillərə gəldikdə, 2021-ci ildə rəsmi dilerlərdən yalnız “Jaguar” nümayəndəsi “E-Pace” elektrokarını təklif edib və Britaniya markasının ümumi satışlarında elektrokar “F-Pace” krossoverindən sonra ikinci yeri tutur! Şübhəsiz 2022-ci ildə “yaşıl” seqmentdə satışların artacağı gözlənilir. Ümid edirik ki, gömrük qanunvericiliyində edilmiş dəyişiklər ekoloji cəhətdən təmiz yeni avtomobillərin satışlarının təşviqinə təkan verəcəkdir.

Son olaraq bir daha xatırladım ki, avtodilerlər assosiasiyasının bu araşdırmaları yalnız və yalnız rəsmi idxalçıların 2021-ci ildə göstərdikləri satış nəticələrini əhatə edir. İşlənmiş avtomobillər bazarında nələr baş verib - bu tam başqa söhbətin mövzusudur.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:24 İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
21:21 Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
21:19 Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
21:16 Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
21:12 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
21:10 Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
21:07 İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
21:04 Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
21:00 WUF13-də Pəncab pavilyonunun açılışı olub
20:58 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir
20:52 İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
20:49 Rəşad Əzizov: Azərbaycan UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindən dayanıqlı inkişaf aləti kimi istifadə etməlidir
20:43 Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
20:35 Bu ilin birinci rübündə 8 203 nikah və 4 614 boşanma qeydə alınıb
22:11 Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib
22:05 İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının rəhbərini zərərsizləşdirib
22:00 Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
21:56 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb
21:51 Daşkənd Oriental Universitetində Xaqani Şirvani auditoriyası açılıb
21:44 Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
21:38 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
21:26 Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin imtahan tarixi açıqlanıb
21:17 19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
21:10 Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
20:57 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.