• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
12.01.22 20:43
gundem / cemiyyet

Azərbaycanda 4 günlük iş rejiminə keçilərsə, nə dəyişəcək?

Azərbaycanda 4 günlük iş rejiminə keçilərsə, nə dəyişəcək?
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da, bir qrup mütəxəssis onun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi.

Nəhayət 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.

Beləliklə BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi. Budan əlavə bu günlərdə Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan “Panasonic” də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı. Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb.

Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələri davam edirlər.

Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur. Hətta rəsmi Moskva bir neçə dəfə bəyan edib ki, həftədə 4 günlük iş rejiminə keçidlə bağlı uyğun variantlar nəzərdən keçirilir. Əmək Nazirliyi eksperiment olaraq Rusiyanın 30 regionunda 266 kiçik və orta sahibkarlıq subyektində tətbiq etməyi planlaşdırır.

Bəzi rəylərə görə isə həftəlik iş günlərinin azaldılması əməkhaqqılarının da həcminin azalmasına səbəb ola bilər:

Məsələni “Report”a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, həftəlik iş günlərinin qısaldılmasında əsas məqsəd ödənişlərin azaltmaq deyil, iş keyfiyyətini artırmaqdır:

“Artıq dünyada tanınmış bir sıra özəl təsərrüfat subyektləri, iri korporasiyalar iş günləri ilə bağlı fərqli yanaşmalar tətbiq edir. Pandemiya dövründə bu məsələ daha da aktivləşib. Hətta “Google” kimi bir sıra beynəlxalq iri şirkətlər əməkdaşın işə gəlməsi və getməsi, həmçinin onun nə zaman istirahət etməsi ilə bağlı qərarı işçinin öz ixtiyarına buraxır. Belə şirkətlərdə əməkdaşa yalnız tapşırıq verilir və o tapşırığı icra etmək üçün müddət müəyyən edilir. Yəni bu vəzifəni əməkdaş nə zaman və necə icra edəcək, özü bilər. Şirkətə əsas nəticə lazımdır!

ABŞ-da yaşayıb, işləyən insanlar var ki, pandemiya dövründə ölkəmizə gəliblər. Amma heç bir problem olmadan buradan öz işlərini onlayn qaydada idarə edirlər. Çünki mərkəzi serverlər onlayn formatda işlər görülməsinə imkan yaratdığı üçün işçinin öz vəzifələrini yerinə yetirmək üçün işlədiyi yerə gəlməsinə ehtiyac olmur.

Şərq və müsəlman ölkələri arasında ilk dəfə BƏƏ bu sistemi tətbiq etməyə başladı. İslam aləmində həftənin cümə günü müqəddəs gün olduğu üçün bu ölkə Qərbdə formalaşmış iş rejimini tətbiq etməyə başladı. Hesab edirəm ki, bundan sonrakı dövrlərdə də digər dövlətlərdə də buna oxşar qərarların şahidi olacağıq.

Şirkətlərdə və ölkələrdə bu tipli qərarların qəbul edilməsinin əsas məqsədi ödənişlərə, yaxud pula qənaət edilməsi deyil, görülmüş işlərin keyfiyyətinin yüksəldilməsidir. Çünki artıq cəmiyyət, yaxud insan psixologiyası elə bir səviyyəyə çatıb ki, insanlar daha çox işlədiyi zaman keyfiyyət aşağı düşür. Əgər insan düşünürsə ki, həftənin 4 günü işləyib, 3 gün istirahət edəcək, o zaman çalışır ki, 4 gündə daha çox məhsuldarlıq ortaya qoysun. Bu isə həm əməkdaşın, həm də onu işə götürən şirkətin qazanması deməkdir.

Bir məsələni də nəzərə almaq lazımdır ki, əməkdaşın iş yerinə 1 gün artıq gəlməsi o şirkətə müəyyən məbləğdə xərc sərf edir. Bu, özünü işıq, su, internet kimi xidmətlərdə, bəzi şirkətlərdə, hətta nahar xərclərində özünü büruzə verir. Amma 4 gün işləyib 3 gün dincəlmək həm iş keyfiyyətini artırır, həm əməkdaşın işəgötürənə münasibətini yaxşılaşdırır, həm də xərcləri azaldır. Bir sözlə hansı kontekstdən baxsaq, həftədə 4 günlük iş rejimi özünü real olaraq doğruldur.

Düşünürəm ki, ölkələrdə bununla bağlı qərarlar tədricən veriləcək və yəqin ki, buna zaman tələb olunur deyə bir qədər bu strateji qərarın verilməsi vaxt alır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, hazırda Azərbaycanda bu mövzu müzakirə obyekti deyil:

“Əmək Məcəlləsinə əsasən ölkədə bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola və buna uyğun olan həftəlik normal iş vaxtının müddəti də 40 saatdan artıq müəyyən edilə bilməz”.

Qurumun açıqlamasında deyilir ki, bu qərar özəl sektora da şamil edilir: “Əmək Məcəlləsi iş yerindən, vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Məcəllənin 107-ci maddəsinə əsasən, nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir”.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:50 Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
20:46 Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
20:41 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
20:39 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
20:36 Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
20:32 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
20:28 Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
20:25 Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
20:23 Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20:17 Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
20:14 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
20:09 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
19:57 Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
19:53 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
19:50 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
19:44 Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
19:38 Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
19:29 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.