• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
11.01.22 18:47
gundem / siyaset

Ceyhun Bayramov: “Qazaxıstanda sağlam düşüncənin qalib gələcəyinə inanırıq” - FOTO

Ceyhun Bayramov: “Qazaxıstanda sağlam düşüncənin qalib gələcəyinə inanırıq” - FOTO

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclasında çıxış edib.

Bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

C.Bayramov bildirib ki, Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir:

“Ötən həftə baş verən hadisələrin insan tələfatı və yaralanması ilə nəticələnməsi xüsusilə təəssüf doğurur. Bununla əlaqədar biz, ölənlərin ailələrinə, yaxınlarına və bütün qazax xalqına dərin hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə şəfa tapmasını diləyirik.

Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır. İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir.

Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək.

Bu baxımdan Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir.

Bununla əlaqədar biz, Təşkilatın mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazır olduğunu bəyan edən 6 yanvar 2022-ci il tarixli Bəyanatını alqışlayırıq. Bunu biz, Təşkilatın üzv və müşahidəçi ölkələrinə münasibətdə öz öhdəliklərini yerinə yetirmək bacarığı və möhkəm qətiyyəti işarəsi kimi qiymətləndiririk.

Eynilə, bugünkü növbədənkənar görüşü və qəbul edəcəyimiz birgə bəyanatı Qazaxıstan xalqı və hökuməti ilə açıq-aydın həmrəylik nişanəsi kimi yüksək dəyərləndiririk”.

XİN başçısı qeyd edib ki, Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir.

“Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı və müvafiq institutları çərçivəsində yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Birgə maraqlar və qarşılıqlı mənfəət əsasında qurulan bu münasibətlər, hər iki ölkənin qətiyyəti və bölüşülən baxışları sayəsində bir sıra mühüm regional və trans-regional layihələrin həyata keçirilməsi üçün leytmotiv olub.

Azərbaycan, yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik və əməkdaşlığa ciddi şəkildə töhfə verəcək bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədinə sadiqdir.

Qeyd olunanlar müstəvisində, biz Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması və qazax xalqının və bütün regionun rifahı naminə geniş tərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik”.

Oxşar Xəbərlər

backend
Türk Dövlətləri Təşkilatından Qazaxıstanla bağlı bəyanat - YENİLƏNİB + FOTO
11.01.22 18:52
gundem / siyaset

XƏBƏR LENTİ

20:52 Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
20:47 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
20:45 Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
20:42 Tramp NATO və müttəfiqləri hədəf alıb
20:37 İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
20:34 İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
20:30 Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb
20:27 İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
20:23 Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb
20:17 Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid edirlər
21:44 Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
21:41 Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
21:39 Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
21:36 Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
21:33 Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
21:30 Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
21:26 Türkiyədə güclü yağış səbəbindən 2 nəfər ölüb, avtomobilləri sel aparıb, infrastruktura ciddi ziyan dəyib
21:21 Güclü yağışların fəsadlarını aradan qaldıran Dağıstan təbii fəlakətin üçüncü dalğasına hazırlaşır
21:17 İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
21:10 Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
21:06 Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
21:03 Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
21:00 İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
21:10 Fidanla Əraqçi müharibənin gedişatını müzakirə edib
21:08 Ərdoğan: 38 gündür davam edən müharibə bütün bölgəyə təsir göstərir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.