SON DƏQİQƏ
gundem / siyaset

Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.

azturktv.az xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşıladılar.