SON DƏQİQƏ
gundem / sosial

Naxçıvanda bu il sosial müavinət və Prezident təqaüdü alanlara 40 milyon manat ayrılıb


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 17 min 418 nəfər sosial müavinət, 16 min 597 nəfər isə Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

azturktv.az-nin yerli bürosu xəbər verir ki, bu barədə Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 23 milyon 895,663 min manat, Prezident təqaüdləri üzrə 16 milyon 354, 417 min manat ödənilib.