• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.08.23 20:34
gundem / sosial

Azərbaycanda pensiya və sosial müavinət alanların sayı açıqlanıb

Azərbaycanda pensiya və sosial müavinət alanların sayı açıqlanıb
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxslərin 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən il iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların cəmi sayı 5,4 faiz, o cümlədən əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalmış, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil etmiş və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub.

“Əmək pensiyaları haqqında” qanunda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq bu ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bu ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 137,6 min (ötən ilin iyulun 1-i vəziyyətinə 124,1 min) nəfər, əlilliyə görə - 47,1 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 215,2 min (müvafiq olaraq 52,2 min və 210,4 min) nəfər, ailə başçısını itirməyə görə - 54,7 min (53,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 25,8 min (22,5 min) nəfər olub.

Eyni zamanda şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 5,1 min ailəsinə 7,9 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 196 nəfər qəyyumuna aylıq müavinət verilib. Bundan əlavə, 5472 nəfər bir yaşınadək uşağı olan 5338 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 304 şəxsə isə kompensasiya verilib.

Bu ilin 6 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 22,9 min ailəyə 23,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,3 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,1 min nəfərə birdəfəlik müavinətlər verilib.

2023-cü il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil edib.

Bundan əlavə, müxtəlif kateqoriyadan olan 388,2 min şəxsə Azərbaycan prezidentinin təqaüdü təyin olunub.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:11 Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
21:09 Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz
21:06 SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
21:03 Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
20:58 Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
20:55 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
20:49 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
20:46 Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib
20:41 Emin Əmrullayev saksoniyalı həmkarı ilə görüşüb
20:34 Bakıda Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına üzv ölkələrin dəyirmi masası keçirilib
20:30 Ceyranbatanda ana və övladını maşın vurub
20:27 2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb
20:20 Azərbaycanda yanvar-sentyabrda 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib
20:18 Azərbaycanda oktyabr ayının pensiya ödənişləri yekunlaşıb
20:13 Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
20:10 Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
20:05 BP: "Şahdəniz Kompressiya" layihəsi çərçivəsində dənizdə tikinti işlərinə start verilib
20:03 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb
20:00 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb
19:55 Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
19:49 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
19:45 Japarov: Bişkek və Bakı əldə olunmuş razılaşmaları ardıcıl şəkildə həyata keçirməlidir
19:40 Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
19:35 Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
19:28 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
20.10.26 21:11
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz
20.10.26 21:09
SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
20.10.26 21:06
Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
20.10.26 21:03
Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
20.10.26 20:58
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
20.10.26 20:55
backend
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
20.10.26 21:11
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz
20.10.26 21:09
SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
20.10.26 21:06
Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
20.10.26 21:03
Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
20.10.26 20:58
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
20.10.26 20:55

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.