• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.11.23 20:28
gundem / tedbirler

Berlin şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu başlayıb - FOTO









MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca ümummilli liderin anadan olmasının 100 illiyinə Diasporla İş üzrə Dövlət Komitəsinin həsr etdiyi “Heydər Əliyev və Azərbaycan diasporu” sənədli filmi və şanlı Zəfərimizi əks etdirən “Xalqa verilən söz həqiqətə çevrildi” videoçarxı nümayiş olunub.

Sonra tədbirin moderatoru Dr. Nuran Abdullayev Almaniya Azərbaycanlıları Alyansının və Almaniyadakı azərbaycanlı həkimlərin fəaliyyətindən bəhs edən videoçarxı təqdim edib.

Forumda çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, Almaniyada yaşayan azərbaycanlıların birliyini müşahidə edirlər: “Bizim hər birimizin vəzifəsi Azərbaycanla bağlı həqiqətlərin dürüst şəkildə yerli ictimaiyyətə çatdırılmasıdır. Almaniyadakı Azərbaycan diiasporu xüsusi fəallığı ilə seçilir və mühüm işlər görür. Bundan sonra da bu fəaliyyətlərin birgə, sıx və əlaqələndirilmiş şəkildə davam etdirilməsi və gücləndirilməsi zəruridir”.

Tədbir dünya azərbaycanlılarının və Azərbaycan diaspor təşkilatlarının müxtəlif ölkələrdə fəaliyyətini əks etdirən məlumat xarakterli videoçarxın nümayişi ilə davam etdirilib.

Forum iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edib və forumun işinə uğurlar arzulayıb. Bu il vətənimizdə və xarici ölkələrdə 100 illik yubileyi qeyd olunan görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycanlıların xaricdə təhsil almasına xüsusi diqqət yetirdiyini xatırladıb. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayan Komitə sədri forumun işini və Almaniyadakı Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan icmasının yerli cəmiyyətə və ictimai-siyasi dairələrə təsir imkanının artırılması istiqamətində gücə və potensiala malik olduğunu nəzərə çatdırıb.

“Ümid edirəm ki, Berlində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu xaricdə çalışan azərbaycanlı həkimlərlə ölkəmizin bu sahədə fəaliyyət göstərən qurumları arasında daha sıx əlaqələrin qurulmasına və xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafında görülən işlərə töhfə verməsinə kömək edəcək. İnanıram ki, hər biriniz milli-mənəvi və dövlətçilik dəyərlərimizi də layiqincə təmsil etmək üçün əməyinizi əsirgəməyəcəksiniz”, - Komitə sədri söyləyib.
Daha sonra Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin forum iştirakçılarına müraciəti təqdim edilib. Forumun işinə uğurlar arzulayan nazir ölkəmizdə həyata keçirilən sosial islahatlar barədə geniş məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova çıxışında bildirib ki, Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər getdikcə artır və bu, ölkə vətəndaşlarının sağlamlığının daha yüksək səviyyədə qorunmasına ciddi təsir edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib ki, xaricdə təhsil alan və çalışan azərbaycanlı həkimlərin bir qrupu artıq Azərbaycanda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərir. O, Almaniyada çalışan azərbaycanlı həkimlərin bir qrupunun da bu niyyətdə olduğunu qeyd edib. Azərbaycanda səhiyyənin yeni dövrün tələblərinə uyğun inkişaf etdirildiyi, Qarabağa köçən Azərbaycan vətəndaşlarına səhiyyə xidmətinin göstərildiyi vurğulanıb.

Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin sədri, professor Çingiz Abdullayev çıxışında Almaniyadakı Azərbaycan icmasının uzun illik fəaliyyəti barədə məlumat verib.

II Forumun rəsmi açılış mərasimi Alman-Azərbaycan Cəmiyyəti adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə və Azərbaycanın Almaniyadakı səfirinə xatirə hədiyyəsinin təqdim olunması ilə yekunlaşıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində təşkil edilib.

Oxşar Xəbərlər

backend
Osloda “Şuşa, sən gözəlsən!” adlı konsert keçirilib - FOTO
16.03.22 21:28
gundem / medeniyyet
backend
Berlində Xocalı soyqırımı ilə bağlı seminar keçirilib
22.02.22 20:24
gundem / tedbirler

XƏBƏR LENTİ

20:50 Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
20:46 Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
20:41 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
20:39 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
20:36 Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
20:32 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
20:28 Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
20:25 Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
20:23 Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20:17 Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
20:14 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
20:09 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
19:57 Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
19:53 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
19:50 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
19:44 Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
19:38 Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
19:29 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.