SON DƏQİQƏ
gundem / bolge

Xankəndi-Laçın yolu: Ekofəallar avtomobillərin maneəsiz keçidinə şərait yaradıblar - YENİLƏNİB + FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik maşını Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 40-a çatıb.

18:43

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha altı avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 39-a çatıb.

17:05

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus daha altı avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir yük və beş minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.

Bununla da gün ərzində bu dəqiqələrədək Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 12-yə çatıb.

Həmçinin Rusiya sülhməramlılarına məxsus üç minik, 25 yük, bir zirehli, bir tibb avtomobili Xankəndidən Laçın istiqamətinə, iki yük avtomobili isə Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 33-ə çatıb.

10:53

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus bir, yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus altı avtomobilin hərəkət etməsinə şərait yaradılıb

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, sülhməramlılara məxsus minik avtomobili, BQXK-ya məxsus bir yük və beş minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.