• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
14.08.22 21:25
gundem / iqtisadiyyat

Rusiya Avropada ikitirəlik yaratmağa çalışır



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Ukraynada fevral ayından etibarən davam edən müharibə Avropanı da çətin duruma salıb. Avropa ölkələri arasında Rusiya ilə bağlı həmrəylik də əvvəlki kimi deyil. Artan inflyasiya, güclənən enerji böhranı və tənəzzül təhlükəsi fonunda Aİ ölkələri arasında parçalanma müşahidə olunur.

Rusiya ilə Ukrayna arasında fevral ayından etibarən davam edən müharibə özü ilə çoxsaylı qlobal problemlərə yol açmaqda davam edir. Müharibənin Rusiya ilə yanaşı, Avropanı da çətin duruma saldığı göz önündədir. Qitəni qazla şantaj edən Rusiya gah təchizat problemini ortaya atır, gah da tədarüklə bağlı hədələyici bəyanatlar səsləndirir. Bəllidir ki, Avropa İttifaqı ölkələrinin qaza olan tələbatının 40 faizini Rusiya ödəyir. Elə buna arxayın olub Ukrayna ilə müharibəyə başlayan Rusiya da əmin idi ki, Avropa ölkələri tezliklə onun qazından imtina edə bilməyəcək.

Qərbin sanksiyaları Rusiyaya ziyan vursa da, ortada hələ ki, ciddi bir nəticə yoxdur. Məsələn, sanksiyalar paketində Avropaya Rusiyadan neft idxalının mərhələlərlə məhdudlaşdırılmasını nəzərdə tutan bənd olsa da, bu, özlüyündə sadə prosedur deyil. Qazla yanaşı, Rusiya gündəlik 5 milyon barellik neft ixracatına da malikdir və 25 faizlik payla Avropanın əsas neft ixracatçıları sırasındadır. Bu həcmin başqa mənbələrdən əvəzlənməsi isə həm vaxt, həm də zəruri infrastruktur tələb edir. Belə görünür ki, sanksiyalarla Rusiyanı zəiflətmək, bu ölkəni əsas gəlir mənbəyindən məhrum qoymaq istəyən Avropa öz imkanlarını və real vəziyyəti lazımınca dəyərləndirməyib. Ən əsas məsələlərdən biri də odur ki, Avropa ölkələrində Rusiya ilə bağlı həmrəylik əvvəlki tək hiss olunmur. Qarşıdan soyuq aylar gəlir və avropalılar donmamaq üçün növbəti sanksiyalara tələsməyəcəklər. Bu səbəbdən də Rusiya bir müddət öz “Pirr qələbəsi”ni qeyd edə bilər. Ortada acınacaqlı durumda qalan isə hələ ki, Ukraynadır. Qərbin vəd edilən genişmiqyaslı dəstəyi elə vəd olaraq qalır. Rusiya isə enerji resursları ilə getdikcə Avropanı ikiyə bölməyə müvəffəq olub.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

İnflyasiya, enerji böhranı və tənəzzül təhlükəsi

Avropa müharibə başlayandan bəri Rusiyaya qarşı vahid cəbhəni qoruyub saxlaya bilsə də, indi problemlər yaşayır. Artan inflyasiya, güclənən enerji böhranı və tənəzzül təhlükəsi ilə Avropa liderləri Ukraynadakı münaqişənin sosial-iqtisadi, daxili və geosiyasi nəticələri barədə getdikcə daha çox danışırlar. Başqa gərginliklər də var. Məsələn, Almaniya Ukraynaya vəd etdiyi silah tədarükünü gecikdirib. Baş nazir Mario Draqinin koalisiya hökumətinin yıxıldığı İtaliyada ölkənin populist partiyaları arasında Kiyevə hərbi dəstəyə qarşı siyasi müxalifət güclənir. Əvvəllər beş sanksiya paketi ildırım sürəti ilə təsdiqlənsə də, avropalılar “Avropa avtokratı”, Macarıstanın baş naziri Viktor Orban tərəfindən gecikdirilmiş Rusiya neftinə yönəlmiş altıncı paket üzərində həftələrdir mübahisə edirlər. İndi əsas düşündürən sual Avropanın birliyini nə vaxta qədər qoruyub saxlaya biləcəyidir.

Rusiya qazına real qaz embarqosu gözlənilmir

Əvvəlcə Aİ Ukrayna məsələsində diqqətçəkən qətiyyət nümayiş etdirirdi. Məsələn, qərarların və hərəkətlərinin sürəti ilə heç vaxt seçilməyən Brüssel bir neçə həftə ərzində Rusiyaya qarşı indiyə qədər tətbiq edilən ən genişmiqyaslı sanksiyaları təsdiqləməyi bacardı: Almaniya heyrətamiz 100 milyard avro əlavə hərbi xərclər elan etdi və Aİ ilk dəfə üçüncü tərəfə silah təhvil verilməsini asanlaşdırdı. Avropa həmçinin milyonlarla Ukrayna vətəndaşına müvəqqəti sığınacaq verməyə qərar verdi. Ukraynalılar Aİ daxilində hərəkət və işləmə azadlığı aldılar. İyun ayında isə rəsmi olaraq Ukrayna və Moldovaya Aİ-yə üzv namizəd statusu təqdim edildi. Lakin o vaxtdan bəri Brüsselin sürəti zəifləyib. Enerjiyə qənaətlə bağlı qeyd olunan razılaşmaya baxmayaraq, Rusiya qazına real embarqo gözlənilmir. Əksinə, Moskva özü Avropaya qazı kəsdi. Altı ölkəyə - Bolqarıstan, Danimarka, Finlandiya, Latviya, Polşa və Hollandiyaya Rusiyadan qaz nəqli tamamilə dayandırıb. Üstəlik, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” Avropanın qalan hissəsinə də qaz nəqlini kəskin şəkildə azaldıb. Rusiya qazını Avropaya gətirən ən böyük qaz kəməri olan “Şimal axını 1” iyul ayında təmir üçün müvəqqəti bağlanıb. Kəmər yenidən fəaliyyətə başlayıb, lakin onun ixracı 20 faizinə düşüb. Aİ yeni sanksiyalarla razılaşmaq əvəzinə, bir çox ölkədə qaz anbarı problemlərini həll etmək üçün mübarizə aparır və mavi yanacağın istifadəsini rasionallaşdırmaq üçün ümidsiz görünür.

Avropa siyasətində narahatlıq

Artan iqtisadi təzyiq artıq Avropa siyasətində narahatlıq doğuran təsirlərə malik olmağa başlayır. İtaliya və Fransa kimi ölkələrdə populist və sağçı millətçi partiyalar ictimai dəstək toplamaq üçün müharibənin xərclərindən istifadə edirlər. Onlar iddia edirlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və yaşıl gündəliyi qəbul etməklə Avropa hökumətləri və Aİ institutları inflyasiyanı artırır, sənayeni məhv edir və iş yerlərini azaldırlar. Bu mesaj Avropa mediasında dəfələrlə verilib. Artıq aprel ayında Fransada keçirilən prezident seçkilərində ifrat sağçı və solçu partiyalar əhəmiyyətli qazanc əldə etmişdilər ki, bu nəticə iyunda keçirilən parlament seçkilərində də təkrarlandı. Kremlə ən yaxın əlaqələri olan üç partiya tərkibində olduqları koalisiya hökumətinə dəstəyini geri götürdükdən sonra iyul ayında İtaliyada Draqinin devrilməsi daha dramatik oldu.

Avropa parçalanır?

Avropanı daha çox narahat edən köhnə geosiyasi parçalanmaların geri qayıtmasıdır. Birincisi, bu, qitənin şərqi ilə qərbi arasında artan uçurumdur. Eyni zamanda, Baltikyanı ölkələr və Polşa kimi Ukrayna ilə həmsərhəd dövlətlər yeni sanksiyalara və güclü hərbi dəstək vasitəsilə ədalətə çağırır, İtaliya, Fransa və Almaniya kimi Qərbi Avropa dövlətləri isə Rusiya ilə kompromisə meyil edirlər. Şərqi Avropa liderləri, ölkələri də Ukrayna münaqişəsinin iqtisadi nəticələrindən əziyyət çəksələr də, çox güman ki, sülhün yalnız Ukraynanın Rusiya qoşunlarını öz ərazisindən çıxarması və Rusiya prezidenti Vladimir Putinin cavabdehlik daşıdığı zaman mümkün olacağına inanırlar. İkinci parçalanma şimaldan cənuba doğru uzanır. Bu boşluq on il əvvəl “suveren borc böhranı” zamanı avrozonanı, demək olar ki, parçaladı.

Oxşar Xəbərlər

backend
Rusiyanın Avropaya qaz tədarükünü dayandırması qitəni təşvişə salıb
17.07.22 21:48
gundem / iqtisadiyyat
backend
Rusiya-Ukrayna gərginliyi fonunda “Bitkoin” 13 % bahalaşdı
1.03.22 21:19
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

22:10 VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı yekunlaşıb, qaliblər müəyyənləşib
22:05 Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin püşkatması keçirilib
22:02 Stolüstü tennis üzrə Azərbaycan çempionatının qaliblərinin adına aydınlıq gəlib
21:59 Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb
21:56 Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb
21:53 Türkiyədə İslam mədəniyyətinə aid IV beynəlxalq simpozium öz işinə başlayıb
21:50 Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub
21:48 İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
21:44 Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq
21:42 İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib
21:36 Azərbaycan və Efiopiya iqtisadi-ticarət və investisiya əməkdaşlığını müzakirə ediblər
21:32 Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə ediblər
21:29 SEPAH Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib
21:26 Gürcüstan və ABŞ münasibətlərinin gələcəyi müzakirə edilib
21:24 Sibiqa: Ukrayna heç vaxt Latviya istiqamətinə dronlar göndərməyib
21:21 ABŞ-nin hücumuna məruz qalmış İran gəmisindəki dənizçilərdən birinin meyiti tapılıb - YENİLƏNİB
21:17 İlham Əliyev Roma Papasını təbrik edib
21:13 Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur
21:10 Azərbaycan və Monteneqro parlament sədrlərinin görüşü olub
21:05 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
20:49 Ərdoğan "SAHA 2026" sərgisini ziyarət edib
20:47 XİN: Rusiyanın dövlət kanalında Azərbaycan xəritəsinin təhrif olunması qəbuledilməzdir
20:42 Milli Məclisin növbəti iclası mayın 12-də keçiriləcək, 8 məsələ müzakirə olunacaq
20:39 Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək
20:35 İndoneziya səfiri Sumqayıtda əməkdaşlıq məsələlərini müzakirə edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı yekunlaşıb, qaliblər müəyyənləşib
8.05.26 22:10
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin püşkatması keçirilib
8.05.26 22:05
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qaliblərinin adına aydınlıq gəlib
8.05.26 22:02
Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb
8.05.26 21:59
Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb
8.05.26 21:56
Türkiyədə İslam mədəniyyətinə aid IV beynəlxalq simpozium öz işinə başlayıb
8.05.26 21:53
backend
VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı yekunlaşıb, qaliblər müəyyənləşib
8.05.26 22:10
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin püşkatması keçirilib
8.05.26 22:05
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qaliblərinin adına aydınlıq gəlib
8.05.26 22:02
Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb
8.05.26 21:59
Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb
8.05.26 21:56
Türkiyədə İslam mədəniyyətinə aid IV beynəlxalq simpozium öz işinə başlayıb
8.05.26 21:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.