Samuxda ölümlə nəticələnən yol qəzasının təfərrüatı məlum olub – Yenilənib
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Samux rayonu ərazisində baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
azturktv.az-Nİn məlumatına görə, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Chevrolet Niva" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Daşkəsən rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov İlyas İlham oğlu hadisə yerində ölüb
1981-ci il təvəllüdlü Məmmədov Əziz Kamran oğlu isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
20:29
Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
azturktv.az-Nİn məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.