• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
17.07.22 22:07
gundem / medeniyyet

Od-alovdan çıxan şeirlər - Şuşadakı Vaqif Poeziya Günlərindən REPORTAJ




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Bu gün Şuşada həyat var. Bu gün o bağları buludlardan asılmış beşikdə yeni – kökləri üstündə bitən bir Şuşa doğulub, gözümüzün qabağında böyüyür. Bu gün burada bir-birindən gözəl mədəniyyət tədbirləri keçirilir. Burada “Qarabağ şikəstəsi”nin sədaları ərşə yetişir. Ərşə yetişdikcə, Şuşanın yatmış bəxti silkələnib oyanır.

Şuşadayam. Və Şuşada artıq bir il səkkiz aydır ki, bahardır. Kəpənəklər elə azad, elə bəxtəvər uçuşur ki. Heç iyulda da lalə olar? Var! Vallah var, billah var. Tarixin şən, sərt, sevinc dolu günlərinin ayaq izlərini özündə saxlayan, yağışda islanan, günəşdə quruyan daşların arasından Şuşanın mehindən xəfif-xəfif yellənən lalələr boylanır. Tanrı “OL!” deyib və olub!

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Evlərə tavan olan ağaclar

Gülləboran edilmiş uçuq-sökük evlərin divarlarına, şüşəsi sınmış pəncərələrinə baxıram. Yarımçıq qalmış, sanki ara fasiləsi verilmiş talelərə bənzəyirlər. Bir vaxt ev-eşik, ocaq-yurd olan bu evlərin içində ağaclar bitib. Və bu ağaclar evlərin tavanını örtüb. Bəlkə də tavan olublar o evlərə. Yağışdan, qardan qoruyub. Bu ağaclar o evlərdə yaşamayan, yaşaya bilməyən insanların, böyüməyən, böyüyə bilməyən uşaqların varlığıdır elə bil. İlahi, sən o insanların yerinə bu evlərdə ağacları yaşatdın. Yaşatdın ki, kökləri həmin torpağa, yarpaqları həmin səmaya bağlı qalsın. Və bu gün Şuşada həyat var. Sözün əsl mənasında həyat var. Bu gün həmin o bağları buludlardan asılmış beşikdə yeni – kökləri üstündə bitən bir Şuşa doğulub, gözümüzün qabağında böyüyür. Bu gün burada bir-birindən gözəl mədəniyyət tədbirləri keçirilir. Burada “Qarabağ şikəstəsi”nin sədaları ərşə yetişir. Ərşə yetişdikcə, Şuşanın yatmış bəxti silkələnib oyanır.



100-dən çox kitabın nümayişi

Düz qırx il əvvəl Vaqif türbəsi Cıdır düzündə - şairin həlak olduğu və dəfn edildiyi təpədə ucaldılmışdı. Erməni işğalçılarının dağıtdığı məqbərə ötən il bərpa olunub. Bu gün – iyulun 14-də yenidən ömür almış məqbərənin önündə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçirildi. Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur. Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin və qazilərin iştirak etdikləri Poeziya Günləri “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisi ilə başladı.

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açdı, Xalq yazıçısı Anar qonaqları salamladı. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə sərgi barədə məlumat verdi. Bildirdi ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir.



Otuz illik həsrətin, 44 günlük Zəfərin təqdimatı

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı da oldu. “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan yazıçılar öz rayonları haqqında xatirələrini yazıb. Ramiz Rövşən Qubadlı, Seyran Səxavət Füzuli, Elçin Hüseynbəyli Cəbrayıl, Aqil Abbas Ağdamla bağlı xatirələrini qələmə alıb. Amma təkcə xatirələrdən ibarət deyil kitab. Eyni zamanda, Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib.



Od-alovdan çıxan şeirlər

Ardınca Vaqifin məqbərəsi önündə “İgidlərin sözü” kompozisiyası təqdim olundu. Vətən müharibəsinin iştirakçısı olan şairlər hər sözündə, hər hərfində vətən olan şeirlərini səsləndirdilər. Bu şeirlər, sadəcə təxəyyül deyildi, müharibənin odundan-alovundan çıxan şairlərin duyğularının sözə çevrilməsi idi. Bu şeirlər muğamın müşayiəti ilə elə səslənirdi, elə dalğalanırdı, Şuşanın sərin mehinə elə qarışırdı ki, qürur, fəxarət simvolikasına çevrilirdi.



Nə gözümdə qorxu var, nə də...

Cıdır düzünə qədəm qoydum. Bir də baxdım ki, sıldırım qayanın lap kənarındayam. Dayanmışam üzü dağlara! Əmin dayanmışam, cəsarətli, qürurlu dayanmışam, dövlətimə, əsgərimə arxayın dayanmışam. Nə gözümdə qorxu var, nə də ürəyimdə ağrı. Ancaq qələbə sevinci, ancaq məğrurluq var. Bu hissi, adı olmayan duyğunu ilk dəfə idi yaşayırdım. Və bu duyğuya Vaqif poeziya günlərinin davamı olan, Nicat Kazımovun quruluş verdiyi möhtəşəm bir kompozisiya sehrli bir ovqat qatdı. Azərbaycanın dahi şairlərinin Şuşada görüşü idi sanki bu kompozisiya. Ocağa ocağın sahibləri toplamışdı. Çünki “Qarabağ şikəstə”si bu gün şikəst səslənmədi. Bu gün azad, rahat, quş qanadında göylərə qalxdı, səmaya səsləndi. Bu gün Cıdır düzündə çiçəklər də nəğmə oxudu, şeir dedi. Bu gün “yaralı heykəllər”in də yarası sağaldı. Bu gün evlərdə bitən ağacların yarpaqları da xoşbəxt idi.



Gizlicə bir ovuc ulduz götürdüm ki...

Həmişə eşidirdim ki, cökə ağacı başqa bölgələrimizdə mayda, Şuşada yayda çiçəkləyir. Gördüm, gözlərimlə gördüm, sevinclə dolan, sevincdən dolan gözlərimlə gördüm. Bu axşam, əlim də səmaya uzatsam bir ovuc ulduz götürəcək kimiydi. Bu gün ay da bütöv idi, tam idi. Şuşanın ulduzlarla alışıb-yanan sakit, barıt qoxusu olmayan səmasında günəş kimi görünürdü. Səmadan gizlicə bir ovuc ulduz götürdüm, ürəyimin içində gizlətdim. Bakıya qədər yol boyu bir-bir səmaya atacam. Qoy bütün Azərbaycanda Şuşanın ulduzları yansın.

Oxşar Xəbərlər

backend
Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub
5.07.22 21:34
gundem / medeniyyet
backend
Builki “Xarıbülbül” festivalının keçiriləcəyi tarix müəyyənləşdi
4.05.22 21:28
gundem / medeniyyet

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.