• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.11.15 01:05
gundem / tedbirler

Göyçayda X Nar bayramı keçirilib

Göyçayda X Nar bayramı keçirilib
Noyabrın 7-də Göyçay rayonunda 10-cu dəfə Nar bayramı keçirilib.

azturktv.az-nın yerli bürosunun xəbərinə görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin 15-ə yaxın deputatı, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor nümayəndələri, beynəlxalq təşkilat əməkdaşları, iş adamları, ümumilikdə 15 minə yaxın insan iştirak edib. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış ediblər.

Bildirilib ki, prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə 2006-cı ilin noyabrından başlayaraq, hər il Göyçayda Nar bayramı keçirilir. Nazir müavini qeyd edib ki, Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür.

Məlumat verilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq və havaların əlverişli keçməsi bol məhsulun yetişməsinə səbəb olub. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 47 min tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 45 min tondan artıq nar tədarük ediblər.

Məhsulun 50 faizi Rusiya, Ukrayna və Gürcüstanın bazarlarına çıxarılır. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür. Son iki ildə rayonda 110 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən, "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib. Nar emalı müəssisələri isə ilbəil istehsal imkanlarını genişləndirir, yerli və xarici bazara müxtəlif çeşiddə məhsul çıxarırlar. “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 3920 hektardan artıq sahədə nar bağı var.

Nar Azərbaycan, İran, Hindistan, Türkiyə, Özbəkistan, ABŞ və Latın Amerikası ölkələrində becərilsə də, Göyçay yeganə rayondur ki, burada narın 67 sortu yetişir.

Sonra iştirakçılar tədbirin keçirildiyi Heydər Əliyev parkında təşkil olunan sərgi stollarına yaxınlaşaraq isti təndir çörəyinə, müxtəlif sortdan olan narlara və onlardan hazırlanan məhsullara, eləcə də motal pendiri, yuxa, kətə və döşəməli plova, müxtəlif şirniyyatlara qonaq olublar. Tədbirdə qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıblar, müxtəlif sort nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar. Heydər Əliyev parkında rəmzi olaraq nar ağacları əkilib. Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib.

Oxşar Xəbərlər

backend
Göyçayda Qarabağ əlilinin avtomobili yanıb - FOTO
2.11.15 23:49
gundem / bolge
backend
Göyçayda 2 uşaq atası özünü asdı
26.09.15 00:46
gundem / hadise
backend
Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçirilib
30.08.15 00:29
gundem / bolge
backend
Qəbələdə məhsul bayramı keçirilib
28.08.15 19:08
gundem / bolge
backend
Prezident Bakıda abadlıq işi gedən küçələrlə tanış oldu
15.08.15 01:51
gundem / siyaset

XƏBƏR LENTİ

21:40 Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
21:31 Luka Skieppati: “TAP Xəzərdən Avropaya birbaşa nəqlin davamlılığına zəmanət verəcək”
21:29 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub - FOTO
21:25 İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO
21:20 Binəli Yıldırım Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
21:17 Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib: “Qarabağ Azərbaycandır” - FOTO
21:15 Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB
21:13 Azərbaycan XİN İraqa başsağlığı verib - FOTO
21:08 “Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günündə şəhidlərimizi ehtiramla yad edib - FOTO
21:05 Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb
21:03 Ceyhun Bayramov Sergey Lavrovla Qarabağdakı vəziyyəti müzakirə edib
21:01 Pakistanda “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib - FOTO
21:13 Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
21:10 Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub
21:09 Əli Əsədov TDT-nin Bakıdakı tədbirlərində iştirak edən nazirlərlə görüşüb
21:07 FHN: “Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb” -YENİLƏNİB+FOTO
21:03 Nazir: “Azad edilmiş ərazilərdə 1000-dən çox tarixi abidə, 60-dan çox məscid yerlə-yeksan edilib”
21:01 Bolqarıstanın sabiq lideri Prezident İlham Əliyevi təbrik edib
20:59 Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunacaq
20:57 Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
20:55 İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş dünya mətbuatında böyük əks-səda doğurdu
20:52 Rusiya və İran prezidentləri Qarabağı müzakirə ediblər
20:49 Ərdoğan: “İndi Xocalı və Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır”
20:47 Prezidentlər İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak ediblər - YENİLƏNİB + FOTO
20:44 Azərbaycan və Türkiyə prezidentləri hərbi kompleksin açılışında iştirak ediblər - YENİLƏNİB + FOTO
Bütün xəbərlər

Video

backend
SABİRABADDA BAYRAQ GÜNU QEYD EDİLDİ.
9.11.17 - 19:26
backend
http://apa.az/iqtisadiyyat-xeberleri/birja-xeberleri/bugunku-herracda-dollar-ucuzlasib-9156.html
4.04.17 - 20:56
backend
Göyçayda X Nar bayramı keçirilib - FOTOSESSİYA - VİDEO
8.11.15 - 01:20
backend
Verilişdən həmin hissəni təqdim edirik:
10.07.15 - 03:21

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
27.09.23 21:40
Luka Skieppati: “TAP Xəzərdən Avropaya birbaşa nəqlin davamlılığına zəmanət verəcək”
27.09.23 21:31
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub - FOTO
27.09.23 21:29
İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO
27.09.23 21:25
Binəli Yıldırım Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
27.09.23 21:20
Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib: “Qarabağ Azərbaycandır” - FOTO
27.09.23 21:17
backend
Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
27.09.23 21:40
Luka Skieppati: “TAP Xəzərdən Avropaya birbaşa nəqlin davamlılığına zəmanət verəcək”
27.09.23 21:31
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub - FOTO
27.09.23 21:29
İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO
27.09.23 21:25
Binəli Yıldırım Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
27.09.23 21:20
Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib: “Qarabağ Azərbaycandır” - FOTO
27.09.23 21:17
backend
Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
27.09.23 21:40
Luka Skieppati: “TAP Xəzərdən Avropaya birbaşa nəqlin davamlılığına zəmanət verəcək”
27.09.23 21:31
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub - FOTO
27.09.23 21:29
İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO
27.09.23 21:25
Binəli Yıldırım Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
27.09.23 21:20
Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib: “Qarabağ Azərbaycandır” - FOTO
27.09.23 21:17

Maraqlı

backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb
backend
17.02.22 21:09
İsraildə yetişən nəhəng çiyələk “Ginnesin Rekordlar Kitabı”na düşdü
backend
4.02.22 21:45
Türkiyəli fermerlər mal-qaralarını qarla əhatə olunmuş çığırla gəzdirir - FOTO
backend
22.01.22 21:44
Gözdə erkən ölümü göstərən əlamət açıqlandı - FOTO
backend
14.01.22 20:50
Türkiyəli qardaşlar “Tofaş”la Şimal qütbünə getdilər
backend
15.12.21 21:45
Şimali Koreyada yeddi nəfər musiqi kliplərini izlədikləri üçün edam olunub

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.