SON DƏQİQƏ
gundem / dunya

Ukrayna Tulada kauçuk zavoduna zərbə endirib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Ukrayna Müdafiə Qüvvələri noyabrın 27-nə keçən gecə Rusiyanın Tula vilayətindəki Yefremov sintetik kauçuk zavoduna zərbə endirib.

azturktv.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, zərbə Rusiyada fəaliyyət göstərən "Çornaya İskra" hərəkatı ilə koordinasiyalı şəkildə endirilib.

Ukrayna tərəfinin məlumatına görə, müəssisə "İskander" ballistik raketləri üçün bərk yanacaq istehsalına cəlb olunub.

Dəyən ziyanın miqyası dəqiqləşdirilir.