Kəlbəcərdə daha bir iməcilik keçirilib
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Kəlbəcər rayonunda ətraf mühitin qorunması və təmizliyinin təmin olunması məqsədilə iməcilik təşkil olunub.
azturktv.az xəbər verir ki, aksiyada Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, rayonda fəaliyyət göstərən şirkətlərin işçiləri, sakinlər və məktəblilər fəal iştirak ediblər.
İməcilik çərçivəsində Kəlbəcər şəhərində və rayonun müxtəlif ərazilərində təmizlik işləri aparılıb.