Azərbaycan və Somali media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Somalinin informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud ilə görüşdə iki ölkə arasında media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
azturktv.az xəbər verir ki, görüş zamanı rəqəmsallaşma şəraitində medianın inkişaf tendensiyaları, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin olunması, süni intellektin və yeni texnologiyaların media mühitinə təsiri, eləcə də bu sahələrdə mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ə.İsmayılov Azərbaycanla Somali arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin, media sahəsində təcrübə mübadiləsinin aparılmasının və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:
"Eyni zamanda xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, ölkələrarası əlaqələrin təşviqində və ictimaiyyətin obyektiv məlumatlandırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır".
Abdulfatah Kasim Mohamud isə öz növbəsində Azərbaycanla tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək media və kommunikasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və müasir informasiya mühitinin çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az