• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.05.26 21:11
gundem / tedbirler

Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM), Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (BƏT-ACTRAV) birgə təşkilatçılığı ilə "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının, BƏT-in və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, "yaşıl keçid" və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Bildirilib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. "Yaşıl keçid" prosesində işçilərin yeni bacarıqlarının formalaşdırılması və məşğulluq imkanlarının artırılması xüsusi önəm daşıyır. Həmkarlar ittifaqlarının bu prosesdə fəal iştirakı inklüziv, ədalətli və şəffaf yanaşmaların təmin edilməsi baxımından vacibdir.

Konfederasiya sədri Sahib Məmmədov çıxışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfə verən ölkələr sırasında olduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü və sistemli tədbirlərin həyata keçirildiyini deyib.

Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri eyni zamanda sosial və əmək münasibətlərinə təsir göstərən qlobal çağırışdır. Bu baxımdan əmək bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. "Ədalətli keçid" prinsiplərinin təmin olunması, işçilərin maraqlarının qorunması və sosial dialoqun gücləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirən Konfederasiya sədri AHİK-in bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirdiyini və dövlətimizin sosial siyasətinə dəstək verdiyini vurğulayıb.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri xanım Oğulcənnət Berdiliyeva qlobal iqlim dəyişmələri fonunda bu kimi beynəlxalq platformaların təcrübə mübadiləsinin aparılması və birgə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə həmkarlar ittifaqları əmək bazarındakı dəyişikliklərə daha operativ qaydada uyğunlaşmalı və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərə reaksiyanı artırmalıdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev dövlət siyasətində iqlim dəyişmələrinin sosial nəticələrinə önəm verildiyini, həmçinin əmək bazarının dayanıqlığının gücləndirilməsinin və işçi qüvvəsinin müasir çağırışlar və gələcək trendlərə hesablanmış qaydada hazırlanmasının əsas prioritetlər sırasında olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iqlim dəyişmələrinin sosial nəticələrinin qanunvericilik baxımından əhəmiyyətini bildirib. Diqqətə çatdırılıb ki, "yaşıl iqtisadiyyat"a keçid sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsi və bu proseslərin hüquqi müstəvidə dəstəklənməsi üçün mühüm rola malikdir.

İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov iqlim çağırışlarının qlobal əmək bazarında yeni yanaşmalar tələb etdiyini, İƏT çərçivəsində əmək və sosial müdafiə sahələrində ortaq təşəbbüslərin genişləndirilməsinin önəmli xarakter daşıdığını deyib.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, qlobal iqtisadi inkişaf fonunda Azərbaycanın iqtisadi siyasəti rəqabətqabiliyyətli və innovasiya yönümlüdür. O həmçinin yaşıl iqtisadi yanaşmaların genişləndirilməsinin həm investisiya mühitinin yaxşılaşdırılmasına, həm də iqtisadiyyatın daha dayanıqlı struktura keçidinə şərait yaratdığını deyib.

Konfransa onlayn qoşulan və tədbirin aktual mövzuya həsr olduğunu vurğulayan BƏT-ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas bildirib ki, iqlim dəyişmələrinin sosial və məşğulluqla bağlı təsirlərini nəzərə alan BƏT "ədalətli keçid" yanaşmasını təşviq edir və iqlim gündəliyində həmkarlar ittifaqlarının fəal iştirakını dəstəkləyir.

Tədbirdə BƏT-in baş mütəxəssisi Qoça Aleksandria "Ədalətli keçiddə həmkarlar ittifaqlarının rolu" mövzusunda təqdimatla çıxış edib.

Sonra "İqlim dəyişikliyi və əmək dünyası" mövzusunda panel müzakirələr aparılıb.

Tədbir çərçivəsində AHİK tərəfindən son illərdə həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yenilikləri əks etdirən videoçarx nümayiş etdirilib.

Oxşar Xəbərlər

backend
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib - YENİLƏNİB-6
8.11.25 19:43
gundem / siyaset
backend
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib
19.01.25 19:43
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyev Qlobal Bakı Forumunda çıxış etdi - YENİLƏNİB + FOTO
16.06.22 21:32
gundem / siyaset
backend
Prezident “Media haqqında” qanunu təsdiqləyib - TAM MƏTN
8.02.22 20:33
gundem / siyaset

XƏBƏR LENTİ

20:34 AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
20:29 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
20:25 Qazaxıstan Prezidenti Azərbaycana gəlib
20:22 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
20:19 Emoməli Rəhmon Azərbaycanda səfərdədir
20:17 Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
20:14 İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
20:12 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
20:09 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
20:07 İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
20:05 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub
20:03 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
20:00 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
19:58 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - yenilənib
19:55 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
19:52 Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib-2
19:50 MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
19:47 Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub
19:44 İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
19:38 Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadılıb
19:33 Çin Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını alqışlayır
19:29 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
19:24 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
19:21 Mirziyoyev və Al Tani Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
19:18 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.