Azərbaycan Yüksək Liqası: "Azərreyl" "Gənclər"ə, "Abşeron" isə "Gəncə"yə qalib gəlib
MƏHƏBBƏT ALLAHVERDİYEV
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti matçları keçirilib.
AZTURKTV.AZ məlumatına görə, iki qarşılaşmanın baş tutduğu oyun günündə "Azərreyl" "Gənclər"i 3:1 hesabı ilə məğlub edib.
"Abşeron" kollektivi isə "Gəncə"ni 3:2 hesabı ilə üstələyib.
Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.