• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
21.05.25 20:40
gundem / tedbirler

Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

azturktv.az xəbər verir ki, konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala, sədr müavini Zafer Sırakaya, Türkiyə Böyük Millət Məclisinin (TBMM) komitə sədrləri, sədr müavinləri və digər üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb.

Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanan film nümayiş etdirilib.

Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini oxuyub və Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.

Konfrans öz işini panel müzakirələrlə davam etdirib. Qərbi Azərbaycanın tarixindən bəhs edən birinci panel türkiyəli tarixçi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru Prof. Dr. Kamal Çiçəyin moderatorluğu ilə baş tutub. Paneldə tanınmış tarixçi professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atnur çıxış ediblər.

TBMM-in Qadınlar və Kişilər arasında İmkan Bərabərliyi Komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda baş tutan ikinci paneldə TBMM-in Komissiya sədrləri Vedat Bilgin və Derya Yanık, TBMM-in üzvü Zeynep Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı və Muharrem Kılıç çıxış ediblər.

Panellərin sonunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.

Konfransın bağlanış sessiyasında Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisinin deputatı, “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər.

Sonda konfrans iştirakçıları adından tədbirin yekun sənədi qəbul edilib, həmçinin birgə foto çəkdirilib.

11:22
Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilir.

azturktv.az xəbər verir ki, konfransda Azərbaycan və Türkiyədən çox sayda iştirakçı, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Azərbaycan Milli Məclisinin deputatları, Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala, sədr müavini Zafer Sırakaya, Türkiyə Böyük Millət Məclisinin (TBMM) komitə sədrləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edirlər.

Qərbi Azərbaycanla bağlı sənədli filmin nümayişi ilə başlayan konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi və hüquqi əsası ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib.

Administrasiya rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Oxşar Xəbərlər

backend
Azərbaycan-Çin strateji tərəfdaşlığına həsr olunan konfrans keçirilib
2.04.25 20:34
gundem / siyaset
backend
Ankarada Qərbi Azərbaycana qayıdışla bağlı məsələ müzakirə olunub - FOTO
14.12.23 21:14
gundem / siyaset
backend
Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilib - FOTO
21.02.23 19:58
gundem / siyaset
backend
Qərbi Azərbaycan İcmasında Türkiyə parlamentinin deputatları ilə görüş keçirilib - FOTO
4.02.23 20:34
gundem / siyaset
backend
Brüsseldə mədəniyyətlərarası dialoqun qlobal təhlükəsizlikdə rolu müzakirə olunur - FOTO
5.12.22 19:31
gundem / siyaset

XƏBƏR LENTİ

22:14 Ərdoğan Bişkekdə Putinlə görüşüb
22:12 Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
22:10 Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
22:07 Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
22:04 Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
22:01 SEPAH İranın raket hücumu barədə məlumat yayıb
21:56 Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
21:50 Leyla Əliyeva ilə Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər
21:47 Atletika üzrə Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışına başlayıblar
21:43 Avropa çempionatı: Azərbaycanın voleybol millisi 1/8 finalda Türkiyəyə uduzub
21:38 Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub
21:28 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb
21:23 Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
21:20 Biləsuvarda "Abad Məhəllə" layihəsi çərçivəsində yeni park salınıb
21:14 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib
21:11 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
21:08 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb
21:02 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB-2
20:56 İlham Əliyev Peter Pelleqrinini təbrik edib
20:51 Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
20:49 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
20:45 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
20:42 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
20:37 Ceyhun Bayramov Pakistan xarici işlər naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
22:24 Hakan Fidan sabah Misirə səfər edəcək
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.