SON DƏQİQƏ
gundem / hadise

İmişlidə 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

İmişlidə 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İmişli rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

azturktv.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Nəsibova Ramidə Eldar qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona döş fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.