• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
25.10.24 20:10
gundem / iqtisadiyyat

Samir Şərifov iqlim maliyyəsi məsələlərinə həsr olunmuş görüşlərə qatılıb

Samir Şərifov iqlim maliyyəsi məsələlərinə həsr olunmuş görüşlərə qatılıb


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Maliyyə naziri Samir Şərifov COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə iqlim maliyyəsi məsələlərinə həsr olunmuş bir sıra yüksək səviyyəli tədbir və görüşlərdə iştirak edib.

azturktv.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində baş tutub.

Oktyabrın 22-də IMF-də iqlim maliyyəsinin artırılması imkanlarının müzakirəsi məqsədilə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyanın birgə təşkilatçılığı ilə “Beynəlxalq Dayanıqlı Maliyyə Arxitekturası: COP-lar arasında nəticə əldə etmək üçün sürəti və ambisiyanı qorumaq” mövzusunda tədbir keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil və BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva ilə yanaşı, bir sıra dövlət nümayəndələrinin, beynəlxalq maliyyə institutlarının, fondların, beyin mərkəzlərinin və özəl maliyyə təşkilatlarının rəhbər şəxslərinin də iştirak etdiyi tədbirin açılış hissəsində çıxış edən S.Şərifov iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) cari ilin sonuna kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. O, G20 maliyyə nazirlərini NCQG mövzusunda birgə addımlar atmağa çağıraraq iqlim maliyyəsi üçün çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılmasının zəruriliyini qeyd edib.

İllik Toplantı çərçivəsində maliyyə naziri həmçinin COP29-un nümayəndə heyəti ilə birlikdə BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva, Dünya Bankı Qrupunun Prezidenti Acay Banqa, Asiya İnkişaf Bankının Prezidenti Masatsuqu Asakava və Dünya Bankı Qrupunun İnkişaf və Əməkdaşlıqlar üzrə Baş İcraçı Direktoru Aksel Von Trotsenburq ilə görüş keçirərək COP29-un beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarından gözləntiləri və iqlim maliyyəsinin artırılması imkanları ilə bağlı müzakirələrə qoşulub və Azərbaycanın cari ildə üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 12-ci Nazirlər Toplantısında, habelə Braziliya İqlim və Ekoloji Transformasiya İnvestisiya Platformasının (BIP) təqdimat tədbirində iştirak edib.

Bununla yanaşı, S.Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunmuş Körfəz Əməkdaşlıq Şurası və Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edib. İclasda iki region arasında ticarət və maliyyə axınlarının mövcud vəziyyəti, əməkdaşlığa mane olan çətinliklər və bu çətinliklərin həlli yolları ilə bağlı müzakirə aparılıb. Maliyyə naziri öz çıxışında regionlar arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edərək ölkələr arasında investisiyaların və işçi qüvvəsinin sərbəst hərəkətinin qarşılıqlı təşviqinin, balanslı və yumşaq enerji keçidinin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsinin və innovativ maliyyə alətlərinin tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.

Vaşinqtona səfəri çərçivəsində maliyyə naziri həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının Prezidenti Serhat Köksal, Bolqarıstanın Baş nazirinin müavini və maliyyə naziri xanım Lyudmila Petkova və BVF-nin icraçı direktoru Marsel Piter və onun əvəzedicisi Patrik Loşevski ilə ikitərəfli görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Oxşar Xəbərlər

backend
Azərbaycan iqlim maliyyəsi üzrə hədəfin qəbul olunması üçün “G20”nin maliyyə nazirlərinə çağırış edib
25.07.24 20:51
gundem / iqtisadiyyat
backend
COP29 prezidenti Kopenhagendə iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb - FOTO
24.03.24 20:46
gundem / iqtisadiyyat
backend
İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB
2.02.24 20:30
gundem / siyaset
backend
Ceyhun Bayramov BMT rəsmisi ilə COP29-a hazırlıq işlərini müzakirə edib
1.02.24 20:46
gundem / siyaset
backend
Azərbaycanın maliyyə naziri BVF və Dünya Bankının illik toplantısında iştirak edəcək
14.10.22 20:40
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
22:02 Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
21:58 Azərbaycanın milli mətbəx nümunələri Parisdə təqdim edilib
21:55 Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
21:52 Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
21:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
21:45 Bu il 280 min məzuna elektron qaydada diplom verilib
21:42 Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 112 minə çatdırılıb
21:41 Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
21:37 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
21:34 Azərbaycanın turizm imkanları İstanbulda təqdim olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.