• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.07.24 22:49
gundem / siyaset

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.

Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən "PAŞA Holdinq"in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.

İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri də görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.

Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.

Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. "Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş." mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.

Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.

İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.

Muzeyin "İşğal dövründə dağıdılmış tarix və mədəniyyət abidələri" bölməsində isə işğal dövründə vandalizmə məruz qalmış tarix və mədəniyyət abidələrini əks etdirən foto və videomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Qarabağın, Şərqi Zəngəzurun, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.

"İşğal dövründə ekosid" bölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.

"30 illik həsrətin sonu" bölməsində Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar və videomateriallar yer alıb.

"Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi" bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar da nümayiş olunur.

Burada Qarabağa və Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanış olmaq mümkündür. Muzeydə "Şuşada dörd fəsil" beynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini əks etdirən əsərlər də təqdim olunur.

11:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər
6.07.24 22:56
gundem / siyaset
backend
İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində - YENİLƏNİB + FOTO
10.05.24 21:26
gundem / siyaset
backend
Prezident və Birinci vitse-prezident Şuşada “Yasəmən” hotelinin açılışında iştirak ediblər
7.11.23 20:01
gundem / siyaset
backend
Şuşa mədəniyyətinin inciləri: Saatlı məscidi
25.06.23 21:16
gundem / medeniyyet

XƏBƏR LENTİ

21:41 Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert atəşfəşanlıqla yekunlaşıb
21:38 Adil Kərimli UNESCO-nun tədbirində iştirak edəcək
21:36 Azərbaycanın gənc cüdoçuları Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
21:33 Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
21:31 Gəncədə "Range Rover" sərnişin avtobusu ilə toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb
21:28 Azərbaycanda Məhərrəm ayı başlayıb
21:25 Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq genişlənir
21:20 Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
21:15 Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib
21:11 İslam İnkişaf Bankı (IsDB) Qrupunun 14-cü Gənclər İnkişafı Forumu Bakıda baş tutub
21:08 Hakan Fidan Moskvada Putinin köməkçiləri ilə görüşüb
21:06 Dövlət Bağçalı: Ermənistan ağıllı davransa, Zəngəzur dəhlizi onun üçün imkan qapısına çevrilə bilər
21:04 Hakan Fidan: Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesindən məmnunuq
21:02 Zelenski Trampla raket əleyhinə sistemlərin istehsalı üçün lisenziyaların alınmasını müzakirə edib
21:00 Oman və İran Hörmüzdə sərbəst gəmiçiliyə sadiqdir
20:58 Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı cinayət işi başlatmaq niyyətindədir
20:55 İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
20:52 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq
20:50 Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşüb
20:48 Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
20:46 İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb
20:44 Ramil Həsən Dövlət Bağçalı ilə TÜRKPA-nın fəaliyyətini müzakirə edib
20:41 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
21:53 Kipr məsələsi ilə bağlı son proseslər qiymətləndirilib
21:50 Pezeşkian: İran regionda yeni şərait yarada bilər
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert atəşfəşanlıqla yekunlaşıb
16.06.26 21:41
Adil Kərimli UNESCO-nun tədbirində iştirak edəcək
16.06.26 21:38
Azərbaycanın gənc cüdoçuları Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
16.06.26 21:36
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
16.06.26 21:33
Gəncədə "Range Rover" sərnişin avtobusu ilə toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb
16.06.26 21:31
Azərbaycanda Məhərrəm ayı başlayıb
16.06.26 21:28
backend
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert atəşfəşanlıqla yekunlaşıb
16.06.26 21:41
Adil Kərimli UNESCO-nun tədbirində iştirak edəcək
16.06.26 21:38
Azərbaycanın gənc cüdoçuları Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
16.06.26 21:36
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
16.06.26 21:33
Gəncədə "Range Rover" sərnişin avtobusu ilə toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb
16.06.26 21:31
Azərbaycanda Məhərrəm ayı başlayıb
16.06.26 21:28

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.