• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
10.01.24 21:19
gundem / cemiyyet

Müşavir: “COP29-un yüksək səviyyədə keçirilməsi üçün potensialımız, imkanlarımız və təcrübəmiz mövcuddur”


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


“Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə Sərəncam imzalanıb. Sərəncamda da deyildiyi kimi bu, bir daha Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi ətraf mühitlə, iqlim dəyişmələri ilə bağlı məsələlərdə öz töhfəsini verdiyini göstərir”.

Bunu AZƏRTAC-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Azərbaycanın inkişaf strategiyasında - “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində prioritet istiqamətlərin müəyyənləşdirildiyini deyən nazirin müşaviri fikirlərinə belə davam edib:

“Həmin sənəddə beş prioritetdən biri məhz təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Artıq uzun illərdir ki, Azərbaycanda həmin istiqamətdə işlər görülür. Bütün bu işlərin təməlində sözsüz ki, dövlətimizin başçısının apardığı islahatlar, ölkəmizin hərtərəfli inkişafı durur. Biz 2024-cü il ərzində ekoloji məsələlərə daha böyük diqqət yetirməli, ekoloji vəziyyətin sağlamlaşdırılması, iqlim dəyişmələri ilə mübarizə sahəsində daha ciddi addımlar atmalıyıq. Bu gün ekoloji problemlərin həlli vacib məsələlərdən biridir. Dünya qarşısında həllini gözləyən əsas ekoloji problemlərdən biri də iqlim dəyişmələri problemidir. Azərbaycanda həmin problemin həll olması, o cümlədən istixana effekti yaradan qaz tullantılarının azaldılması üçün müəyyən hədəflər müəyyənləşdirilib, müəyyən öhdəliklər götürülüb. Həmin hədəflərə çatmaq üçün tədbirlər görülür - alternativ enerji mənbələrindən istifadənin, müasir, ətraf mühitə dost texnologiyaların tətbiqinin genişləndirilməsi, enerji səmərəliyinin təmin olunması, istixana effekti yaradan qaz tullantılarının azaldılması, təbii sərvətlərin idarə olunmasının təkmilləşdirilməsi və s. Görülən işlərin effektivliyi, həyata keçirilən tədbirlərin dünya səviyyəsində tanınması və qəbul olunması nəticəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransının sessiyası - COP29 bu il Bakıda keçiriləcək. Yekdil olaraq dünya ölkələri tərəfindən BMT çərçivəsində ən mötəbər tədbirlərdən biri olan COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunması ölkə rəhbərinin də siyasi iradəsinin göstəricisidir. Belə böyük tədbirin yüksək səviyyədə keçirilməsi asan olmasa da, bunun üçün potensialımız, imkanlarımız və təcrübəmiz mövcuddur. Əsas məsələ də ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu işlərin görülməsi üçün ciddi və güclü iradəsi var”.
R.Səttarzadənin sözlərinə görə, nəinki bu il, bundan sonrakı illərdə də ətraf mühitin mühafizəsinə yönələn ən ciddi addımlar atılacaq:

“Şübhəsiz ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda ölkəmizdə ekoloji vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasının şahidi olacağıq. Ekoloji durumun yaxşılaşmasına yönəlmiş tədbirlərdə ölkə vətəndaşlarının fəal iştirakı təmin olunur. Düşünürəm ki, öz bacarıq və təcrübələrini əsirgəmədən bu mövzuya aidiyyəti olan hər bir kəs, hər bir qurum Azərbaycanda müasir ekoloji standartlara cavab verən yaşamın təmin olunması, o cümlədən bu il ölkəmizdə COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək”.

Oxşar Xəbərlər

backend
Azərbaycanla BƏƏ arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
9.01.24 19:39
gundem / siyaset
backend
COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar görüş keçirilib - FOTO
29.12.23 19:43
gundem / iqtisadiyyat
backend
İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidentini qəbul edib - YENİLƏNİB + FOTO
26.02.23 21:13
gundem / siyaset
backend
“Tək bir Yer Kürəsi” hər kəsi bir araya gətirdi - FOTO
10.06.22 21:22
gundem / cemiyyet

XƏBƏR LENTİ

21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
22:02 Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
21:58 Azərbaycanın milli mətbəx nümunələri Parisdə təqdim edilib
21:55 Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
21:52 Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
21:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
21:45 Bu il 280 min məzuna elektron qaydada diplom verilib
21:42 Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 112 minə çatdırılıb
21:41 Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
21:37 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
21:34 Azərbaycanın turizm imkanları İstanbulda təqdim olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38
backend
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
12.09.26 21:07
"Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
12.09.26 20:57
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
12.09.26 20:55
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
12.09.26 20:51
"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
12.09.26 20:45
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
12.09.26 20:38

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.