• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
24.10.23 19:53
gundem / iqtisadiyyat

Üçüncü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirildi - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bakıda keçirilən 3-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda 2023-cü il Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu barədə fikir mübadiləsi aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə 3-cü DİM Dialoqu keçirilib.

“2023-cü il “Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda keçirilən tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinin və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının DİM-lər ilə sıx uzlaşdığı diqqətə çatdırılıb. Baş nazirin müavini ölkəmizlə BMT arasında mövcud olan münasibətləri qeyd edib, beynəlxalq əməkdaşlıq platformaları çərçivəsində aparılan müzakirələrin qlobal çağırışlara adekvat cavab verilməsi imkanlarını artırdığını bildirib. Qeyd edilib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün kompleks tədbirlər uğurla həyata keçirilir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva DİM üzrə bu ilin sentyabr ayında keçirilən sammitin öhdəliklərinə əsasən, inklüziv dayanıqlı inkişafa nail olmaq üçün BMT-nin bütün maraqlı tərəflərlə işləməyə davam edəcəyini bildirib. Qeyd olunub ki, BMT Azərbaycanın 2024-cü ildə DİM-in icrasına dair Dördüncü Könüllü Milli İcmalı təqdim etmək planlarını alqışlayır və bu mühüm fəaliyyəti dəstəkləməyə hazırdır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DİM-lər üzrə səmərəlilik auditlərinin sayının artırıldığını, 2021-2022-ci illərdə altı DİM-in seçilən audit mövzularında meyar kimi çıxış etdiyini, auditlərlə əhatə olunan indikatorlarda artımın müşahidə edildiyini, auditlərdə daha çox proqresin qiymətləndirilməsi yanaşmasına üstünlük verildiyini qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı (BMT) günü münasibətilə təşkilatın əməkdaşlarını təbrik edib, Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib, quruma fəaliyyətində uğurlar arzulayıb. Nazir müavini DİM-in icrasının ölkəmizin sosial-iqtisadi inkişafı üçün səmərəli mexanizmlər formalaşdırdığını bildirib. Qeyd olunub ki, ölkəmiz regionda ilk olaraq DİM-lərin icrası istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib, növbəti hesabatın isə 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. DİM-in həyata keçirilməsində vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının rolu vurğulanıb.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində qlobal inkişaf prioritetləri nəzərə alınır, ancaq mina təhlükəsi bu ərazilərin sürətli reinteqrasiyasında başlıca maneədir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb və müvafiq DİM-in layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bəşəriyyətin üzləşdiyi COVID 19 pandemiyasının hələ də davam edən təsirləri ilə yanaşı, iqlim dəyişməsi, ərzaq təhlükəsizliyi böhranı, eləcə də dünyanın müxtəlif yerlərində çoxlu geosiyasi gərginliklərin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi üzrə tərəqqini ləngitdiyi qeyd edib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində Azərbaycan BMT, Avropa İttifaqı və Dünya Bankı ilə bərpa və inkişaf tədbirləri üçün qiymətləndirmə və prioritet sahələri müəyyənləşdirmək üçün birgə səyləri təşkil edən Birgə Bərpa Ehtiyaclarının Qiymətləndirilməsi üçün əməkdaşlıq edir.

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatlarına sədrlik edən Braziliya Ali Audit Qurumunun sədr müavini Valton Alensar Rodriques keçirilən dialoqun ali audit qurumlarının DİM-lərin icrasında rolu barədə beynəlxalq təcrübələrinin öyrənilməsi üçün uğurlu plarforma olduğunu vurğulayıb.

Yüksək səviyyəli dialoq “2023-cü il Qlobal DİM Sammitinin nəticəsi: DİM-in sürətləndirilməsi və DİM-in maliyyələşdirilməsi üçün prioritet tədbirlər” və “DİM-lərin dövlət maliyyələşdirilməsinin effektivliyinin keyfiyyət təminatında ali audit qurumlarının rolu, müxtəlif ölkələrin təcrübəsi” adlı panel sessiyalarla öz işini davam etdirib.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramov BMT Baş katibinin müavini Tatyana Valovaya ilə görüşdü - FOTO
28.10.22 20:32
gundem / siyaset

XƏBƏR LENTİ

20:50 Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
20:46 Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
20:41 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
20:39 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
20:36 Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
20:32 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
20:28 Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
20:25 Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
20:23 Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20:17 Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
20:14 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
20:09 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
19:57 Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
19:53 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
19:50 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
19:44 Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
19:38 Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
19:29 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.