• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
17.07.23 21:05
gundem / siyaset

Mixail Aqarunov vəfat edib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, Ağsaqqallar Şurasının sədri, İsraildəki Rusdilli Yazıçılar İttifaqının üzvü, İsraildə populyar “Qafqaz qəzeti”nin və “Mirvari” ədəbi-publisistik almanaxının redaksiya heyətinin üzvü Mixail Aqarunov ömrünün 87-ci ilində vəfat edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

4 dekabr 1936-cı il tarixində Bakıda dünyaya gələn Mixail Aqarunov Azərbaycan Dövlət Universitetinin və Moskva Dövlət Universitetinin kimya fakültəsini, Moskvadakı Mərkəzi Patentşünaslıq İnstitutunu bitirib. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun elmi əməkdaşı kimi fəaliyyətə başlayan Mixail Aqarunov öncə yarımkeçiricilər kimyası sahəsini öyrənib, sonra raket yanacağı komponentlərinin tədqiqi ilə məşğul olub. 1969-cu ildə “Metilxlorosilanların termokimyəvi tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. ABŞ, Almaniya, Niderland və digər ölkələrin elmi nəşrlərində kimyəvi termodinamika və termometriyaya dair elmi əsərləri çap olunub. Bir sıra ixtiraların müəllifi olan alimin əldə etdiyi empirik məlumatlar, demək olar ki, dünyanın bütün termokimyəvi arayış kitablarına daxil edilib.

Sonra “Gipromorneftegaz” Dövlət Tədqiqat və Layihə İnstitutunun patent şöbəsinə rəhbərlik edib. 1992-ci ildə MDB ölkələrinin patent qanunvericilik layihəsi üzrə Dövlətlərarası Komissiyada iştirak edib. 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru fəxri adına layiq görülüb.

1986-cı ildən Azərbaycandakı dağ yəhudilərinin mədəniyyətinin inkişaf tarixinin öyrənilməsi prosesinə qoşulub və bu tədqiqatlarda atası Yakov Aqarunova kömək edib. İctimai-siyasi xadim olan atası 25 ildən artıq neft sənayesi sahəsində rəhbər partiya vəzifələrində çalışıb, İkinci Dünya müharibəsi illərində Bakı neftçilərinin rolu haqqında iki kitab yazıb.
Atasının ölümündən sonra onun dağ yəhudiləri ilə bağlı araşdırmalarını davam etdirən Mixail Aqarunov “Kiçik xalqın böyük taleyi” kitabını, “Tat (yəhudi) - Rus dili lüğəti” kitablarını, “Azərbaycan dağ yəhudiləri: tarix, etnoqrafiya, mədəniyyət, dil” biblioqrafik göstəricisini, “Dağ yəhudilərinin dili” monoqrafiyasını nəşr etdirib, “Rusiya Yəhudiləri Ensiklopediyası” üçün materialların hazırlanmasında fəal iştirak edib.

2004-cü ildən İsrailə repatriasiya edən Mixail Aqarunov dost ölkədə Azərbaycan həqiqətlərinin təbliği, xalqlarımızın dostluğunun möhkəmləndirilməsi prosesində fəal iştirak edib. 2006-cı ildən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü seçilib. Ümumdünya Yəhudi Konqresinin 10-cu Baş Assambleyasının, Avrasiya Yəhudi Konqresinin təsis qurultaylarının, Rusdilli Yəhudilərin Ümumdünya Konqresinin və Dağ Yəhudilərinin Ümumdünya Konqresinin nümayəndəsi olub.

2011-ci ildə beynəlxalq dağ yəhudilərinin STMEGI saytının virtual sorğusu zamanı “İlin adamı" nominasiyasının qalibi adını qazanıb. Azərbaycan Respublikasının “Tərəqqi” və “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və İsraildəki Azərbaycan düasporunun bütün fəallarına dərin hüznlə başsağlığı verir. İsraildə Azərbaycan diasporunun inkişafında böyük xidmətləri olan Mixail Aqarunovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Oxşar Xəbərlər

backend
Bu gün akademik Zərifə Əliyevanın DOĞUM GÜNÜDÜR
28.04.22 20:50
gundem / siyaset

XƏBƏR LENTİ

22:14 Ərdoğan Bişkekdə Putinlə görüşüb
22:12 Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
22:10 Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
22:07 Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
22:04 Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
22:01 SEPAH İranın raket hücumu barədə məlumat yayıb
21:56 Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
21:50 Leyla Əliyeva ilə Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər
21:47 Atletika üzrə Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışına başlayıblar
21:43 Avropa çempionatı: Azərbaycanın voleybol millisi 1/8 finalda Türkiyəyə uduzub
21:38 Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub
21:28 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb
21:23 Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
21:20 Biləsuvarda "Abad Məhəllə" layihəsi çərçivəsində yeni park salınıb
21:14 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib
21:11 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
21:08 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb
21:02 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB-2
20:56 İlham Əliyev Peter Pelleqrinini təbrik edib
20:51 Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
20:49 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
20:45 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
20:42 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
20:37 Ceyhun Bayramov Pakistan xarici işlər naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
22:24 Hakan Fidan sabah Misirə səfər edəcək
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01
backend
Ərdoğan Bişkekdə Putinlə görüşüb
1.09.26 22:14
Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
1.09.26 22:12
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
1.09.26 22:10
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
1.09.26 22:07
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
1.09.26 22:04
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
1.09.26 22:01

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.