Güclü yağışlar səbəbindən ev su altında qaldı
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Türkiyənin Rize şəhərində dünən günorta saatlarından güclü yağışlar gündəlik həyatı iflic edib.
azturktv.az xəbər verir ki, yağışlar səbəbindən evlərdən bəzilərinin birinci mərtəbəsi su altında qalıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Yerli sakinlər evlərindəki bəzi əşyaların zərər gördüyünü bildiriblər. Ərazidə xilasetmə işlərinin davam etdiyi bildirilib.