SON DƏQİQƏ
gundem / hadise

Goranboyda minik maşını aşdı: Xəsarət alanlar var - FOTO




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

azturktv.az-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsindən qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.