• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
27.04.23 21:03
gundem / siyaset

Azərbaycan və Fransa XİN başçıları nələri müzakirə etdilər?



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Ceyhun Bayramov və Ketrin Kolonna arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüşdə Azərbaycan və Fransa arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin hazırkı vəziyyəti, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.

Ceyhun Bayramov Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasından ötən illərdə iki ölkənin iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, humanitar və s. sahələr üzrə birgə layihələr həyata keçirilməsini xatırlayaraq, ölkələrimiz arasında səmərəli əməkdaşlıq təcrübəsinin davam etdirilməsi üçün imkanların mövcud olduğunu qeyd edib. Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin mövcud vəziyyətinin müzakirəsi, anlaşılmazlıqların aradan qaldırılması istiqamətində perspektivlərin və imkanların dəyərləndirilməsi üçün qarşılıqlı təmasların, siyasi dialoqun əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Postmünaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib.

Ceyhun Bayramov mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Fransanın keçmiş münaqişənin həll olunması istiqamətində danışıqlar prosesində iştirakına istinad edən Ceyhun Bayramov post-münaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqenin sülh prosesinə töhfə vermədiyini diqqətə çatdırıb.


Ketrin Kolonna Azərbaycan və Fransa arasında əlaqələrin, iki ölkənin liderləri arasında siyasi dialoqun tarixindən bəhs edərək, hazırkı dövrdə bir sıra məsələlər üzrə yanaşmalarımızın üst-üstə düşməməsinə baxmayaraq, münasibətlərin inkişafı istiqamətində sıx təmasların, siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyət kəsb etdiyini bildirib.

Bölgədə sülh və etimad quruculuğu məsələlərinin öz həllini tapmasının uzun müddət tələb etməsinə baxmayaraq, danışıqlar prosesinə sadiqliyin vacibliyini vurğulayan Ketrin Kolonna bu xüsusda, regionda sülhün bərqərar olunması səylərinə, Fransanın da dəstək göstərməyə hazır olduğunu bildirib.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramov Litva xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO
26.04.23 20:43
gundem / siyaset

XƏBƏR LENTİ

22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
20:33 Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.