• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
26.04.23 21:10
gundem / cemiyyet

Pəncəlinin anası... - FOTO










MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Xüsusi təyinatlı qüvvələr deyəndə, ağıla gələn ilk isimlərdən biri də Pəncəli Teymurovdur. Filmlərdə, müharibə kinolarında gördüyümüz qəhrəmanların real həyatdakı nümunəsi idi Pəncəli. Döyüş yoldaşları öz toyunda belə, özünə şəhidlik arzulayan Pəncəlini əfsanə adlandırırdı.

Belə bir vətən sevdalısı idi Pəncəli Teymurov. Məşhur bir filmdə də deyildiyi kimi:

- Vətən dediyin bu aslanlar, bir də bunları doğan aslan analar...

Tanınmış fotoqraf Orxan Əzim əfsanəvi qəhrəmanı dünyaya gətirən Vahimə ana ilə söhbətləşib, onun fotolarını lentə alıb və “Qafqazinfo”ya təqdim edib.

Biz də öz növbəmizdə Vahimə Teymurovanın oğlu ilə bağlı xatirələrini təqdim edirik:

“O, Xüsusi Təyinatlı Qüvvələrin onurğa sütunu idi. Türkiyədən bir hərbçi zəng etmişdi. Mənə dedi ki, “ana, mən Azərbaycana gələndə sənə Pəncəlidən danışacağam. Siz onun qəhrəmanlqıları haqqında heç nə bilmirsiniz.

Döyüşə getməmişdən əvvəl ad günü idi. Martın 24-ü. Zəng etdi mənə, xeyli danışdıq. Böyükdən balacaya - hamını soruşdu. Sonra qardaşına dedi ki, aprelin 1-nə qədər Bakıya gələ bilirsənsə gəl, görum səni. Biz də bilmədik niyə belə deyir. Çünki o vaxta qədər heç vaxt deməmişdi ki, gəlin, sizi görüm. Qardaşı gedib görüşdü onunla. Sonra müharibə başladı.
Yoldaşımla hər gün xəbərləri izləyirdik. Nə qədər övladlarımız şəhid olurdu. Oğluma dedim ki, zəng et Pəncəliyə, danış, soruş nə olub? Nə qədər zəng edirdik, düşə bilmirdik ona. Çünki Pəncəli hara getsəydi, oradan mənə zəng eliyərdi. Məni nigaran qoymazdı. Amma neçə gün idi, ondan xəbər ala bilmirdim. Get-gedə təşvişə düşürdük. Kənddə yas var idi, ora getdim. Yasda qadınlar məndən soruşdular ki, Pəncəli ilə danışmısınız? Dedim yox, neçə vaxtdır xəbər ala bilmirik. Sən demə, onlar Pəncəlinin şəhid olduğunu bilirlərmiş. Amma biz bilmirdik. Bir gün sonra xəbər tutduq ki, şəhid olub, artıq rayona gətirirlər...

Mənə dedilər ki, onun nəşini birbaşa dəfn etməyə aparırlar. Evə gətirmirlər, səs-küy, ağlaşma olmasın deyə. Həm də istəmirdilər biz nəşini görək. Dözə bilmərik deyə. Tanınmaz vəziyyətdə idi çünki. Dedim, gedin deyin ki, mən oğlumu iki işarədən tanıyacağam... Bir qaşında çapığı vardı, bir də sinəsindəki xaldan. Dedim, gətirin səssizcə sağollaşaq, oğlum məni şəhidliyinə çoxdan hazırlayıb. Gətirdilər. Şəhid olana qədər biz onun xüsusi təyinatlı olduğunu bilməmişdik...

Həmişə evə gələndə bizə deyirdi ki, ana, dostlarımız şəhid olur, nəşini evlərinə aparanda bir də görürsən yaxınları hərbçilərə qarşı kobudluq edirlər. Deyirdi, ana, bu, yaxşı hal deyil. O vaxt başa düşmürdüm dediklərini. Şəhid olandan sonra başa düşdüm ki, o, məni elə bu vəziyyətə hazırlayırmış.

Həmişə zəng edəndə axırda gülə-gülə deyirdi ki, ana, haqqını mənə halal elə. 18 il böyütmüsən. Dedi, ana səndən bir xahişim var. İstəyirsən “hə” de, ya da “yox” de. Dedi ki, “Ana, sənə qurban olum”. Sözünü kəsdim, dedim ana, sənə qurban olsun, sən yox. Dedi ana, illərdir məni böyütmüsən, haqqını halal elə. Acıqlandım, dedim bu nədir mənə deyirsən?! Elə bildim başqa şey istəyəcəksən.

Pəncəli şəhid olanda, 2016-cı ildə, dəfn mərasiminə 20-dən çox döyüş yoldaşı gəlmişdi. Hərbçi yoldaşları hər dəfə məzuniyyətə gələndə ilk məni ziyarət edib, sonra evlərinə gedirdilər. 44 günlük müharibədən əvvəl də gəlmişdilər. Dedilər ki, ana, sizdən bir xahişimiz var. Siz Pəncəlinin anasısınız, bizə xeyir dua verin. Biz müharibəyə gedəcəyik… Müharibədən sonra həmin döyüşçülərdən cəmi 3-ü sağ qalmışdı. Elə bildim 20-dən çox Pəncəli itirmişəm...”

Oxşar Xəbərlər

backend
Hikmət Mirzəyevin doğum günüdür
28.02.22 20:36
gundem / cemiyyet

XƏBƏR LENTİ

22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
20:33 Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.