Pakistanda iki sərnişin avtobusu toqquşdu: 5 ölü, 25 yaralı
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Pakistanın Sind əyalətində iki sərnişin avtobusu toqquşub.
azturktv.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polis araşdırma başladıb.
İlkin ehtimallara əsasən, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Araşdırmalar davam edir.