SON DƏQİQƏ
gundem / dunya

Türkiyədə 2 aylıq körpənin üzərinə kislota tökülüb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyədə Dənizlinin Pamukkale rayonunda 2 aylıq körpənin üzərinə kislota tökülüb.
azturktv.az xəbər verir ki, reanimasiya şöbəsində müalicəsinə başlanılıb.Bir qadın nəzarətə götürülüb.

Kerzi Y ayrıldığı həyat yoldaşı Gökhan Y.-nin Özbəkistan əsilli S.G. və 2 aylıq körpəsi ilə birlikdə yaşadıqları Asmalıevlər rayonundakı mənzilə gediblər.

Burada əri ilə mübahisə edən Kerzi Y özü ilə gətirdiyi kislotanı körpəsini qucağında saxlayan S.G-yə atıb. Kislota 2 aylıq körpəyə dəyib.

Yaralı körpə hadisə yerinə gələn sağlamlıq qrupu tərəfindən Pamukkale Universiteti Xəstəxanasına aparılıb.

Körpənin həyatı hələ də təhlükə altındadır.

Hadisədən sonra qaçan Kerzi Y. Fatih rayonundakı evində saxlanılıb.