SON DƏQİQƏ
gundem / dunya

Türkiyədə zəncirvari yol qəzası: 6 yaralı



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyənin Kocaeli şəhərində zəncirvari yol qəzası olub.

azturktv.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Qəzanın 4 avtomobilin toqquşması ilə baş verdiyini bildirilib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib. Onların səhhətində həyati təhlükə olmadığı qeyd olunub.

Faktla bağlı araşdırma tədbirləri davam edir.