SON DƏQİQƏ
gundem / medeniyyet

Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir:

“Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur”.
Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.

O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.