DataLife Engine / Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir:

“Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur”.
Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.

O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.
31-03-2023, 21:17
Вернуться назад