SON DƏQİQƏ
gundem / idman

Fatih Terimə millət vəkili olmaq təklif edilib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimə millət vəkilliyinə namizəd olmaq təklif edilib.

69 yaşlı mütəxəssis siyasi partiyaların birindən gələn təklifi geri çevirib. O, siyasətə qarışmaq istəmədiyini deyib.

Son olaraq “Qalatasaray”ı çalışdırmış Terim keçən ilin yanvarından işsizdir.
Qeyd edək ki, Türkiyədə seçkilər mayda keçiriləcək.

Mənbə: haberler.com