SON DƏQİQƏ
gundem / hadise

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.


“Report”un xəbərinə görə, rayonun Qaradağlı kənd sakini, 1967-ci il təvəllüdlü Neymətov Ziyad Baba oğlu yolu keçərkən VAZ-2108 markalı minik avtomobili onu vurub.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.