• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
19.12.22 20:25
gundem / siyaset

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər imzalanıb - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu çərçivəsində əməkdaşlığa dair yeddi sənəd imzalanıb.

“Report” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması haqqında saziş imzalanıb.

Şuranın vəzifələrinə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticari-iqtisadi əməkdaşlığın ümumi vəziyyətini və gələcək istiqamətlərini müzakirə etmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı sahəsində işgüzar dairələrin təşəbbüslərini dəstəkləmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı problemlərin nəzərdən keçirilməsi daxildir. Biznes Şurası hər iki ölkənin təsərrüfat subyektləri, o cümlədən KOB-lar arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına yardım etmək, həmçinin səfərlərin, görüşlərin, seminarların, dəyirmi masaların təşkilinə, müəssisələrin hər iki ölkədə keçirilən sərgi və yarmarkalarda iştirakına köməklik göstərmək niyyətindədir.

Şura həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrə faydalı olacaq kommersiya, ticari-iqtisadi, elmi, texnoloji, reklam və digər məlumatların mübadiləsinə və yayılmasına kömək edəcək. Üstəlik, o, Azərbaycan və Səudiyyə Ərəbistanı bazarlarında fəaliyyət göstərən və ya fəaliyyət göstərəcək konkret layihələr və müvafiq təşkilatlar haqqında məlumat mübadiləsi, birgə müəssisələrin yaradılmasına, fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığın digər formalarına dəstək olacaq.

Bundan başqa, Səudiyyə Ərəbistanının “FlyNas” şirkəti Azərbaycanın “Alines Tours” (hüquq və investisiya sahəsində əməkdaşlıq çərçivəsində), “Fovero Tours” və “Khazar Travel” şirkətləri ilə turizm sahəsində yerüstü xidmətlərin asanlaşdırılmasını nəzərdə tutan anlaşma memorandumları imzalayıb.

Səudiyyə Ərəbistanının ARCO şirkəti ilə Azərbaycanın Məşğulluq Agentliyi (HR Cell) arasında da Anlaşma Memorandumu imzalanıb.

Səudiyyə Ərəbistanının “Albawani Co” şirkəti ilə Azərbaycanın “North West Construction” MMC arasında iki ölkənin podratçılıq, tikinti və sənaye sahələrində əməkdaşlığını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Səudiyyə Ərəbistanının “A.Alrabiah Consulting Engineers” şirkəti ilə Azərbaycanın “Technicon Engineers Consulting” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb və sənəd texniki sahələrdə (məsələn, metro, bina və digər infrastruktur) mühəndislik xidmətlərinin göstərilməsini nəzərdə tutur.

Səudiyyə Ərəbistanının “Al Suwaiket and Al Busaiyes Lawyers and Legal Consultants Co.” şirkəti ilə Azərbaycanın “Black Garden investisiya və korporativ məsləhət” şirkəti arasında Səudiyyə Ərəbistanı və Azərbaycanda investorlara hüquqi xidmətlər və biznes dəstəyi göstərməklə bağlı əməkdaşlıq da planlaşdırılır.



11:18

Azərbaycanla Səudiyyə Ərəbistan arasında iki sənəd imzalanıb.

Sənədlər Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyanın 7-ci iclası çərçivəsində imzalanıb.

Birinci sənəd, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şuranın yaradılması ilə bağlıdır.

İkinci imzalanan sənəd isə hökumətlərarası komissiyanın protokoludur.

Oxşar Xəbərlər

backend
İqtisadiyyat Nazirliyi və Səudiyyə İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
19.12.22 20:38
gundem / iqtisadiyyat
backend
Səudiyyə Ərəbistanı Azərbaycandan 20 minə qədər insanı işə götürməyə hazırdır
19.12.22 20:35
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

20:56 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
20:54 İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
20:51 Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
20:46 İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
20:43 Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
20:40 Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
20:33 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
20:29 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
20:13 Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
20:05 Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
20:00 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
19:54 Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib
19:50 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir
19:41 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
19:37 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
19:25 Yardımlıya yeni icra başçısı təyin edilib
19:21 İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
21:11 Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
21:09 Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz
21:06 SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
21:03 Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
20:58 Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
20:55 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
20:49 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
20:46 Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.