İstanbulda terror törədən qadının yeni görüntüləri yayılıb
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Xəbər verdiyimiz kimi, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Taksim meydanında terror aktı baş verib.
azturktv.az xəbər verir ki,terror törədən qadının yeni görüntüləri yayılıb.
Həmin görüntülərə əsasən, terrorçu Ahlam Albashırın Taksim meydanına gəlməyi və bombanı yerləşdirdikdən sonra hadisə yerindən uzaqlaşdığı əks olunub.
Təhlükəsizlik kameralarına düşən görüntülərdən terrorçunun çiynində çanta, əlində isə paket olub.