SON DƏQİQƏ
gundem / siyaset

Azərbaycan XİN başçısı Türkiyəni təbrik edib - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.

Bu barədə o, öz “Twitter” hesabında paylaşım edib.

“Qardaş Türkiyənin Cümhuriyyət Gününü təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi gündən-günə güclənəcək, ölkələrimizin tərəqqisinə və rifahına xidmət edəcək. Cümhuriyyət Gününüz kutlu olsun!” - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.