• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
28.10.22 21:25
gundem / medeniyyet

Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” adlı fotosərgi açılıb - FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya “Çağırışın 17 siması” adlı fotosərginin reallaşdırılması prosesindən danışıb. Bildirib ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirir.

“Azərbaycan “Çağırışın 17 siması” adlı fotosərginin həyata keçirilməsi təşəbbüsünə cavab verən ilk ölkə olub. Ona görə də bu gün Bakıda açılan ilk sərgi nadir və daha çox simvolikdir. Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğində çox fəal olan 17 Azərbaycan qadını daha ədalətli dünyanın yaradılmasında yaxından iştirak edir. Ümidvarıq ki, bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının digər ölkələri tərəfindən də reallaşdırılacaq. Sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”, - deyə Tatyana Valovaya diqqətə çatdırıb.

Qeyd edək ki, layihənin hədəfi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək, 17 dayanıqlı inkişaf məqsədinin reallaşmasına töhfə verməkdir. BMT-nin 2015-ci ildən elan etdiyi və Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədləri 15 il müddətinə insan inkişafı üçün əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığına təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarətdir.

Dayanıqlı İnkişaf Məqsədləri təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla, geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çıxarır. Bu məqsəd və hədəflər insanlıq naminə bütün formalarda və ölçülərdə yoxsulluğa son qoymaq, dünya naminə dayanıqlı istehlak və istehsalın dayanıqlı idarə olunmasını, planetimizi korlanmadan qoruyaraq indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsini, sülh naminə qorxu və zorakılıqdan azad olan dinc, ədalətli və ayrı-seçkiliyə yol verilməyən cəmiyyətlərin dəstəklənməsini və sair nəzərdə tutur.

Heydər Əliyev Mərkəzindəki sərgidə 17 dayanıqlı inkişaf məqsədini dəstəkləmək məqsədilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan, fərqli sahələrdə nailiyyətlər əldə edən 17 azərbaycanlı qadının portreti və ölkəmizin dəyərləri, tarixi, müasir inkişafı “Uğur hekayəsi”, “Başqalarına kömək etməkdən çəkinməyin”, “Sülh simvolu”, “Yalnız irəli!” və digər bölmələrdə təqdim edilir.

Layihə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib və 2022-2023-cü illər ərzində dünyanın daha 16 ölkəsində reallaşdırılacaq. Hər ölkədən öz dəyərlərini və mədəniyyətini təmsil edən, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun gələn 17 qadın seçiləcək. Milli sərgilərdən sonra 2023-cü ildə İsveçrənin Cenevrə şəhərindəki Millətlər Sarayında (“Palais des Nations”) 17 ölkənin 17 seçilmiş qadınının təmsil olunduğu sərgi keçiriləcək.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramov BMT Baş katibinin müavini Tatyana Valovaya ilə görüşdü - FOTO
28.10.22 20:32
gundem / siyaset
backend
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - YENİLƏNİB
27.10.22 19:20
gundem / siyaset

XƏBƏR LENTİ

22:10 Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
22:00 Tokayev Cənubi Koreyada dövlət səfərindədir
21:47 Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
21:39 Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
21:35 Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
21:30 Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
21:19 Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
21:13 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
21:03 Nazir: Ölkədə siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır
20:52 Azərbaycan və ADB arasında əməkdaşlığın inkişaf perspektivi müzakirə olunub
20:46 "Moody's": Azərbaycan Orta Dəhlizin inkişafından getdikcə daha çox fayda əldə edir
20:42 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
20:26 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
20:21 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
20:15 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
20:08 Tahir Tağızadə etimadnaməsini Aleksandar Vuçiçə təqdim edib
22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30
backend
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
14.09.26 22:10
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
14.09.26 22:00
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
14.09.26 21:47
Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
14.09.26 21:39
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.26 21:35
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14.09.26 21:30

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.