• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.08.22 21:24
gundem / bolge

Şuşada şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsinə start verilib - FOTO




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Qarabağın incisi, mədəniyyət beşiyimiz, azad Şuşada keçirilən “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi açılış mərasimi baş tutub.

Artıq ikinci ildir ki, təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünə inam və həmrəylik hislərini gücləndirmək, keçiriləcək müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır.

Dövlət Himninin səslənməsi ilə başlayan açılış tədbirində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmi şəxslər, tərəfdaş qurumların nümayəndələri, Vətən müharibəsi qaziləri, təşkilat üzvləri və media mənsubları iştirak ediblər. Dahi Bülbülün ev muzeyində keçirilən tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müavini Tural Novruzov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov çıxış edərək iştirakçıları salamlayıblar.

Daha sonra Şuşa fatehləri adından Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov və düşərgə iştirakçıları adından Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun qızı Hilalə Əfqan çıxış ediblər. Natiqlər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, rəşadətli Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bir parçası olan şəhid və qazi övladları ilə birlikdə azad Şuşamızda olmağın qürurunu yaşadıqlarını, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarlarının hər birimiz üçün əmanət olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Onların hərtərəfli inkişafı əsas məqsədlərdən biridir. Bu xüsusda hər il təşkil olunan “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin bu il məhz hər daşı tarix olan Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin, qəhrəman döyüşçülərimizin qanı, canı bahasına işğaldan azad olunan Şuşanın dirçəlməsi ilə bağlı aparılan bərpa və quruculuq işlərinə gənclərin canlı şahidlik etməsinin xüsusi önəm daşıdığını vurğulayıblar.

Çıxışlardan sonra tədbir musiqili-bədii hissə ilə davam edib. Yüksək vətənpərvərlik ruhunda keçən mərasimdə tanınmış incəsənət ustalarının və gənc musiqiçilərin ifalarında “Qarabağ şikəstəsi”, “Xudayar Təsnifi (Vətən Yaxşıdır)”, “Anadır arzulara hər zaman Qarabağ” kimi mahnılar və Şuşaya, Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirin sonunda aparıcı Azər Süleymanlı qeyd etmişdir ki, 60 nəfər şəhid və qazi övladının iştirakı ilə Şuşada 3 gün davam edəcək düşərgədə Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, şəxsi inkişaf yönümlü təlim və seminarlar, intellektual oyunlar, Böyük qayıdış və Qarabağda dirçəliş mövzularında panel müzakirələri keçiriləcək.

Həmçinin Şuşanın tarixi məkanlarına ekskursiyalar təşkil olunacaq, işğal dövründə erməni vandalizminə məruz qalmış və işğaldan sonra dirçəldilməkdə olan şəhər və onun tarixi əhəmiyyətli memarlıq abidələri haqqında düşərgə iştirakçıları ətraflı məlumatlandırılacaqlar. Düşərgə müddətində gənclərin asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlərin, musiqi məclislərinin və idman oyunlarının təşkil olunması da nəzərdə tutulub. Düşərgənin hər günü gənclər üçün xüsusi təşkil olunan konsert proqramı ilə yekunlaşacaqdır.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
20:45 Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
20:43 İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
20:40 Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
20:36 Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
20:33 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
20:30 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
20:27 İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
20:22 İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
20:18 Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub
20:15 Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub
20:12 İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktorunu qəbul edib
20:09 İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib
20:06 İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
20:00 Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib - YENİLƏNİB
19:55 Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
19:48 Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
21:44 Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
21:39 Si Cinpin ABŞ-yə səfərə gəlib, Tramp onu hərbi bazada qarşılayıb
21:35 İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
21:32 Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
21:29 Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
21:27 Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
21:24 Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
21:21 Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
25.09.26 20:48
Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
25.09.26 20:45
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25.09.26 20:43
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
25.09.26 20:40
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
25.09.26 20:36
Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
25.09.26 20:33
backend
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
25.09.26 20:48
Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
25.09.26 20:45
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25.09.26 20:43
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
25.09.26 20:40
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
25.09.26 20:36
Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
25.09.26 20:33
backend
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
25.09.26 20:48
Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
25.09.26 20:45
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25.09.26 20:43
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
25.09.26 20:40
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
25.09.26 20:36
Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
25.09.26 20:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.