SON DƏQİQƏ
gundem / siyaset

Ukrayna səfiri: “Azərbaycan xalqının acısına şərikik” - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə ukraynalı səfir “Twitter” hesabında paylaşım edib.

“Hər il yanvarın 20-də azərbaycanlılar Şəhidlər xiyabanını ziyarət edərək, Sovet qoşunları tərəfindən etirazların qanlı yatırılması zamanı həlak olmuş Müstəqillik hərəkatının qəhrəmanlarının xatirəsini yad edirlər. Ukrayna Azərbaycan xalqının acısına şərikdir. Unutmadıq”, - deyə səfir bildirib.