• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
15.01.22 19:54
gundem / siyaset

Azərbaycan və Türkiyə arasında təbrik məktubu mübadiləsi baş tutub

Azərbaycan və Türkiyə arasında təbrik məktubu mübadiləsi baş tutub

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikası və Türkiyə Respublikası xarici işlər nazirləri arasında iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubu mübadiləsi baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov qardaş ölkədən olan həmkarını diplomatik əlaqələrin qurulmasının otuz illiyi münasibətilə ürəkdən təbrik edib.

Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşən qardaş Türkiyə ilə münasibətlərimizin ötən illər ərzində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və xalqımızın Ulu öndəri Heydər Əliyevin “Bir Millət İki Dövlət” fikirlərinə uyğun olaraq inkişaf etdiyini qeyd edib. Ölkələrimiz arasında mövcud olan münasibətlərin bugünkü səviyyəsinin xalqlarımızın iradəsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə söykəndiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin özünün tarixi zirvəsini yaşadığını qeyd edib və ökələrimiz arasında münasibətlərin strateji səviyyədən müttəfiqlik səviyyəsinə qədər yüksəlməsində həmkarı Mevlüt Çavuşoğlunun da töhfəsinin olduğuna məmnunluqla istinad edib.

Vətən müharibəsi və ondan sonrakı dövrdə qardaş Türkiyənin bütün səviyyələrdə ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləməsinin dövlətimizin başçısı və ümumilikdə, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Birgə həyata keçirdiyimiz irimiqyaslı regional və qlobal layihələrin ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin daha da genişlənməsinə, regional inkişafa töhfə verdiyi qeyd edilib, habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığımızın uğurla davam etdiyi bildirilib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasındakı qardaşlıq və müttəfiqlik əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Öz növbəsində, nazir Mövlud Çavuşoğlu azərbaycanlı həmkarını səmimiyyətlə təbrik edib. Türkiyə və Azərbaycan arasındakı 71 illik həsrətin 14 yanvar 1992-ci ildə imzalanmış protokol sənədləri ilə sona çatdığını və həmin gündən fəaliyyətə başlayan Türkiyə Respublikasının Bakıdakı səfirliyinin Azərbaycandakı ilk səfirlik olduğunu qeyd edib.

Mövlud Çavuşoğlu, son 30 ildə sarsılmaz qardaşlıq bağları üzərində qurulan həmrəyliyimizin, iki dövlət rəhbərinin yaxın dostluq münasibətlərinin verdiyi ilhamla daha da inkişaf etdiyini bildirib. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrə hər iki qardaş xarici işlər nazirləri tərəfindən birgə verilən töhfələrin qürur və sevinc mənbəyi olduğu ifadə edilib.

Nazir, öz ərazilərini işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən, nail olduğu rifah səviyyəsi ilə regionun yüksələn ulduzuna çevrilən Can Azərbaycanın uğurlarının Türkiyə üçün hər zaman qürur və sevinc mənbəyi olduğunu qeyd edib. Bu günə qədər olduğu kimi, bundan sonra da əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasında əzmli və qərarlı olduqlarını vurğulayıb.

Nazir Mövlud Çavuşoğlu, keçən 30 ildə iki qardaş ölkə olaraq qazanılan uğurların gələcəyimizə istiqamət verəcəyini, qardaş əlaqələrimizin regionumuzda və dünyada sülh və sabitliyin bərqarar olmasında mühüm rol oynayacağına inam ifadə edib. O, diplomatik əlaqələrin bərpasının dövlətlərimizə və xalqlarımıza xeyirli olmasını və neçə-neçə belə 30 illərə çatmaq ümidi ilə dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzu edib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

20:56 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
20:54 İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
20:51 Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
20:46 İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
20:43 Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
20:40 Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
20:33 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
20:29 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
20:13 Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
20:05 Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
20:00 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
19:54 Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib
19:50 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir
19:41 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
19:37 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
19:25 Yardımlıya yeni icra başçısı təyin edilib
19:21 İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
21:11 Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır
21:09 Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz
21:06 SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
21:03 Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
20:58 Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
20:55 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
20:49 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
20:46 Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40
backend
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
22.10.26 20:56
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
22.10.26 20:54
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
22.10.26 20:51
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
22.10.26 20:46
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
22.10.26 20:43
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
22.10.26 20:40

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.