Bakı-Xırdalan-Sumqayıt qatarı 3 gün pulsuz işləyəcək
gundem / cemiyyet
Oxunub: 424
13 sen 2015 | 00:08
Bakı-Xırdalan-Sumqayıt qatarı 3 gün pulsuz işləyəcək
Tarif Şurasının qərarından sonra qatar üçün gediş haqları məlum olacaq

Bakı-Xırdalan-Sumqayıt sürətli qatarının ilkin hərəkət cədvəli və istifadə qaydaları açıqlanıb.

“APA-Economics”in məlumatına görə, Bakı-Xırdalan-Sumqayıt istiqamətinə təşkil olunan press-tur çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Kommunikasiya Texnologiyaları Şöbəsinin rəisi Samir Qənili deyib ki, üç gün ərzində sərnişinlər qatardan pulsuz istifadə edəcəklər.

Tarif Şurasının qərarından sonra Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün gediş haqları məlum olacaq. Bundan sonra, Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün sərnişinlər bilet almalı olacaq. S.Qənili qeyd edib ki, sərnişinlər iki yolla-həm kassa, həm də terminal vasitəsilə bilet əldə edə biləcəklər: “Stansiyada 4 ədəd bilet satış terminalı quraşdırılıb. Sərnişinlər avtomatik işləyən bu terminallar vasitəsi ilə birbaşa, kassir olmadan pul daxil edib, istədiyi istiqaməti, tarifi seçib bilet almaq imkanına sahib olacaqlar. Bu zaman qalıq pullar da geri qaytarılacaq. Terminaldan istifadə etmək istəməyən sərnişinlər stansiyada olan 2 ədəd kassadan da bilet ala biləcəklər”.

S.Qənili əlavə edib ki, yaxın gələcəkdə kredit kartı ilə də Bakı-Xırdalan-Sumqayıt qatarına bilet almaq imkanı yaradılacaq. Bundan başqa, yaxın bir neçə ay ərzində “Bakı kart”dan da istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, 4 ədəd müşahidə kamerasının quraşdırıldığı qatarlarda WI-FI vasitəsi ilə internetdən istifadə şəraiti yaradılıb. Bundan başqa, əlil insanların qatarlardan rahat istifadə edə bilməsi də nəzərə alınıb.

Hərəkət qrafikinə gəlincə, gediş haqqının pulsuz olacağı üç gün ərzində Bakı-Xırdalan-Sumqayıt qatarı gün ərzində iki dəfə Sumqayıta yola düşəcək. Belə ki, ilkin qrafikə əsasən qatarlar Bakıdan səhər saat 08:00 və axşam 20:00-da Sumqayıta yola düşəcək. Əks istiqamətdə, yəni Sumqayıtdan Bakıya doğru qatarlar səhər 09:30 və 21:30-da hərəkət edəcək.

Qeyd edək ki, sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək. Sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.

İlkin qrafikə əsasən, sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib. Növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Çünki tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.
31-01-2023, 21:02
Hadisə azərbaycanlı ifaçını paylaşdı
31-01-2023, 20:58
İstanbula güclü qar yağıb
31-01-2023, 20:54
Pakistanda məscidə hücum nəticəsində 90 nəfər ölüb
31-01-2023, 20:51
Macarıstan "Quran"ın yandırılmasını pisləyib
31-01-2023, 20:49
İranda zəlzələ nəticəsində 3500 evə ziyan dəyib
31-01-2023, 20:46
Saakaşvili reanimasiyaya yerləşdirilib
31-01-2023, 20:42
“Avroviziya-2023”ün loqosu və şüarı təqdim olundu - FOTO
31-01-2023, 20:39
Azərbaycanın görkəmli ədəbiyyatşünası vəfat edib - FOTO
31-01-2023, 20:36
Beynəlxalq turnirə qatılacaq Azərbaycan boksçularının adları açıqlanıb
31-01-2023, 20:34
Avropa Superliqası məhkəmədə FIFA və UEFA-ya qalib gəldi - FOTO
31-01-2023, 20:31
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı nə qədər olacaq? - RƏSMİ + CƏDVƏL
31-01-2023, 20:29
Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO
31-01-2023, 20:27
Azərbaycanda nikah və doğumların sayı artdı
31-01-2023, 20:23
Azərbaycanda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulub? - AÇIQLAMA
31-01-2023, 20:18
Azərbaycanda Ötən il aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib
31-01-2023, 20:14
Azərbaycanda daha 35 nəfər COVID-19-a yoluxub, dörd nəfər vəfat edib - FOTO
31-01-2023, 20:12
Ucarda minik və yük maşınları toqquşdular: Yaralılar var - FOTO
31-01-2023, 20:05
SOCAR və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə təlim proqramına start verilib - FOTO
31-01-2023, 20:03
Sabahdan Azərbaycanda bəzi səhm və istiqrazlar üzrə gəlirlər vergidən azad ediləcək
31-01-2023, 19:57
İƏT-in Baş katibi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib
31-01-2023, 19:55
Britaniya XİN rəhbəri Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib
31-01-2023, 19:52
İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi - FOTO
31-01-2023, 19:50
Türkiyə ilə Azərbaycan eyni meydanda: “Qış təlimi”ndən yeni görüntülər
31-01-2023, 19:46
DTX-dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ
31-01-2023, 19:45
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
31-01-2023, 19:39
Baş nazirin müavini Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
31-01-2023, 19:34
Mehriban Əliyevadan Macarıstan səfəri ilə bağlı paylaşım - FOTO