• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
16.06.26 21:25
gundem / cemiyyet

Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq genişlənir


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Naxçıvan hərbi prokuroru Aqil Axundovun da olduğu nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə 15 iyun tarixində qardaş ölkənin Qars şəhərinə rəsmi səfər edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qars Baş Prokurorluğunda Kamran Əliyevlə türkiyəli həmkarı Muhsin Şentürk arasında baş tutan görüş zamanı qeyd edilib ki, iki dövlət arasında strateji münasibətlər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da dinamik inkişafına müsbət təsirini göstərir.

Xüsusi vurğulanıb ki, görüşün 15 iyun Milli Qurtuluş günündə baş tutması da rəmzi məna daşıyır. Belə ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərinin təməlində məhz müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin "bir millət, iki dövlət" yanaşması dayanır. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri və siyasi iradələri sayəsində isə bu qardaşlıq əlaqələri daha da dərinləşdirib.

15 iyunda həm də imzalanmasının 5-ci ildönümü qeyd edilən hər iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi də bunun bariz sübutudur.

Kamran Əliyev qeyd edib ki, hazırkı səfərin əsas məqsədi sərhədyanı bölgələrin prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsidir. Bu transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasına töhfə verməklə yanaşı, sərhəd regionlarında yaşayan vətəndaşlarının rastlaşdıqları hüquqi çətinliklərin operativ şəkildə aradan qaldırmasına da xidmət etmiş olur. Eyni zamanda bu əməkdaşlıq mütərəqqi təcrübələrin mübadiləsi və hər iki dövlətin hüquqi sistemlərinin inkişafına da müsbət təsirini göstərir.

Öz növbəsində Muhsin Şentürk Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini qeyd edərək cari ilin aprel ayında Bakı şəhərinə etdiyi səfəri məmnunluqla xatırlanıb, keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin inkişafında xüsusu rol oynadığını bildirib.

Görüş çərçivəsində Qars və İğdır bölgələrinin prokurorluq, məhkəmə və ədliyyə orqanlarının rəhbər şəxsləri ilə görüşlər keçirilərək cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, bir praktiki mövzular müzakirə edilib.

Daha sonra nümayəndə heyəti, ölkəmizin Qars şəhərində yerləşən Baş konsulluğuna gəlmiş, əməkdaşlarla görüşərək yaradılmış iş şəraiti və fəaliyyətləri ilə yaxından tanış olub. Keçirilmiş görüşdə, dahi lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salınıb.

Görüşlərdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev də iştirak edib.

Oxşar Xəbərlər

backend
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib - YENİLƏNİB-6
8.11.25 19:43
gundem / siyaset
backend
Prezident Arbitraj haqqında Qanunu təsdiqlədi
25.01.24 20:15
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
27.05.22 21:17
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

20:54 Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb
20:50 TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
20:47 İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2
20:43 Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
20:38 Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur
20:33 III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
20:27 Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 matçı baş tutub
20:23 Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanıb
20:18 Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olunub
20:14 TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
20:09 Saatlıda avtoqəzada ölən 7 yaşlı uşaq sürücünün bacısı olub - YENİLƏNİB
20:04 Bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib
20:02 Sabah leysan olacaq - XƏBƏRDARLIQ
19:58 Azərbaycan Dünya Bankı ilə süni intellekt əsaslı infrastrukturun inkişafına dəstəyi müzakirə edib
19:48 Türkmənbaşıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
19:43 Rahmon: Multimodal marşrutların inkişafı regionun nəqliyyat bağlantısını gücləndirəcək
19:38 Şavkat Mirziyoyev: Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyət kəsb edir
19:34 Qırğızıstan Prezidenti Mərkəzi Asiya və Azərbaycanın birgə turizm marşrutlarının yaradılmasını təklif edib
19:30 Tokayev regiondaxili ticarətin həcmini 20 milyard dollara qədər artırmağı təklif edib
19:27 İlham Əliyev: Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 %-dən çox artıb
19:23 Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
19:18 İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
20:55 Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
20:52 Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq
20:47 Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb
8.10.26 20:54
TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
8.10.26 20:50
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2
8.10.26 20:47
Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
8.10.26 20:43
Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur
8.10.26 20:38
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
8.10.26 20:33
backend
Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb
8.10.26 20:54
TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
8.10.26 20:50
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2
8.10.26 20:47
Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
8.10.26 20:43
Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur
8.10.26 20:38
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
8.10.26 20:33

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.