• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
5.03.26 20:58
gundem / siyaset

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib.

azturktv.az xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat "Kalaşnikov"la, "Molotov" kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.

Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.

Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək.

Oxşar Xəbərlər

backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset
backend
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib - YENİLƏNİB-6
8.11.25 19:43
gundem / siyaset
backend
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər - YENİLƏNİB + FOTO
18.03.23 20:46
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset

XƏBƏR LENTİ

21:22 Ərdoğan: Türkiyə İranın Naxçıvana dron hücumundan narahatlıq duyub
21:18 Ərdoğan Makronla İrandakı hadisələri müzakirə edib
21:13 İraqın Xor-əl-Zubayr limanında neft tankeri hücuma məruz qalıb
21:10 Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə edib - YENİLƏNİB
21:08 İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb - YENİLƏNİB-2
21:05 Ərdoğan Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
21:02 Azərbaycan XİN başçısı Əraqçiyə dron hücumu ilə bağlı qəti etirazını bildirib
21:00 Prezident: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
20:58 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
20:56 Latviya İranın Naxçıvana zərbələrini pisləyib
20:54 Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
20:51 Moldova parlamentinin deputatı: Azərbaycana qarşı barbar hücumunu pisləyirik
20:49 Suriya İranın Azərbaycana endirdiyi zərbələri pisləyib
20:47 Türkiyə və Azərbaycan müdafiə nazirləri İranın Naxçıvana hücumunu müzakirə ediblər
20:45 İsrail XİN başçısı İranın Azərbaycana hücumunu qəbuledilməz adlandırıb - YENİLƏNİB
20:43 Pakistan Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib
20:40 Latviya Prezidenti İranın Azərbaycana hücumunu qınayıb
20:38 BƏƏ Prezidenti İlham Əliyevə zəng edib, İranın Azərbaycan ərazisinə hücumunu pisləyib
20:36 Fransa İranın Naxçıvana dron hücumunu qətiyyətlə pisləyib
20:33 Pakistan İranın hücumlarından sonra Azərbaycanla həmrəylik ifadə edib
20:31 Mirziyoyev İlham Əliyevə zəng edib, İranın Azərbaycana hücumunu qınayıb
20:27 Kulubayev: İranın Azərbaycana dron hücumları narahatlıq doğurur
20:54 Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
20:51 Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
20:48 Bakı zavodu "AD Ports Group"un sifarişi ilə konteyner gəmilərinin tikintisinə başlayıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan: Türkiyə İranın Naxçıvana dron hücumundan narahatlıq duyub
5.03.26 21:22
Ərdoğan Makronla İrandakı hadisələri müzakirə edib
5.03.26 21:18
İraqın Xor-əl-Zubayr limanında neft tankeri hücuma məruz qalıb
5.03.26 21:13
Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə edib - YENİLƏNİB
5.03.26 21:10
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb - YENİLƏNİB-2
5.03.26 21:08
Ərdoğan Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
5.03.26 21:05
backend
Ərdoğan: Türkiyə İranın Naxçıvana dron hücumundan narahatlıq duyub
5.03.26 21:22
Ərdoğan Makronla İrandakı hadisələri müzakirə edib
5.03.26 21:18
İraqın Xor-əl-Zubayr limanında neft tankeri hücuma məruz qalıb
5.03.26 21:13
Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə edib - YENİLƏNİB
5.03.26 21:10
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb - YENİLƏNİB-2
5.03.26 21:08
Ərdoğan Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
5.03.26 21:05
backend
Ərdoğan: Türkiyə İranın Naxçıvana dron hücumundan narahatlıq duyub
5.03.26 21:22
Ərdoğan Makronla İrandakı hadisələri müzakirə edib
5.03.26 21:18
İraqın Xor-əl-Zubayr limanında neft tankeri hücuma məruz qalıb
5.03.26 21:13
Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə edib - YENİLƏNİB
5.03.26 21:10
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb - YENİLƏNİB-2
5.03.26 21:08
Ərdoğan Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
5.03.26 21:05

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.