• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
5.12.25 20:08
gundem / idman

Azərbaycan Həndbol Federasiyası cənub bölgəsində komandalar formalaşdıracaq



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Həndbol Federasiyasının (AHF) məqsədi cənub bölgəsində komandalar formalaşdırıb beynəlxalq yarışlara göndərməkdir.

Bunu AHF-nin cənub bölgəsi üzrə yeni təyin edilmiş koordinatoru Vidadi Əliyev deyib.

O, Lənkəranda və digər bölgələrdə müəllimlərlə söhbət aparıldığını söyləyib:

"Cənub zonasında, xüsusən də Lənkəranda uşaqların həndboldan ümumiyyətlə anlayışı yoxdur. Düzdür, burada əvvəllər komandalar olub. Amma SSRİ dönəmində fəaliyyət göstəriblər. Bu səbəbdən məktəblərdə hənbola maraq olurdu. 90-cı illərdən sonra isə cənub zonasında Cəlilabadı çıxmaq şərtilə ümumiyyətlə həndbol olmayıb. Məqsədimiz 2012-2013 təvəllüdlülərdən başlayaraq uşaqları həndbola cəlb etmək və komanda formalaşdırıb beynəlxalq yarışlara göndərməkdir. Lənkərana yeni gəlmişəm. Gənclər və İdman Nazirliyi cənub regionundakı demək olar bütün Olimpiya Komplekslərini sərəncamımıza verib. Sovet dönəmində bədən tərbiyəsi akademiyalarında həndbol dərsləri keçilirdi. Mən də həndboldan anlayışı olan müəllimləri, keçmiş idmançıları toplayıb söhbət etmişəm. Gələcək planlar, görmək istədiyimiz işlərlə bağlı fikir mübadiləsi aparmışıq. Bəzi rayonlarda məktəblərə şəxsən getmişəm. Sağ olsunlar, regional idman idarələrinin əməkdaşları da mənə dəstək göstərdilər. Astarada, Lənkəranda və digər bölgələrdə planların yerinə yetirilməsi üçün proseslərə artıq start verilib".

Mütəxəssis qarşıdakı planlardan da danışıb:

"Rayonlardakı zallara da baxırıq. Müəllimlərə tapşırıqlar verirəm. Zalları inventarlarla təmin edirik. Şəxsən mənim təşəbbüsümlə topdan tutmuş, bütün lazımi ləvazimatlar gətirilib. Lənkəranda yaşayıram və bütün regionlara gedirəm. Olimpiya Komplekslərinin rəhbərlikləri də etiraz etmirlər. Dəstək verənlərin sayı artır. Prezidentin regionlarda idmanın inkişafına dair tapşırığı var. Təbii ki, Azərbaycan Həndbol Federasiyası da dəstəyini əsirgəmir. Bir müddət sonra Lənkəranda da komanda formalaşdırılacaq. Məktəblərarası yarışlar keçirməyi də planlaşdırırq. Müəllimlərə də federasiya tərəfindən dəstək göstəriləcək. Həmçinin həndbol qrupları formalaşdırmaq, Lənkəran birinciliyi keçirmək istəyirik. Hər rayon öz komandası ilə yarışda təmsil olunacaq. Özüm bədən tərbiyəsi və idman xadimiyəm. Uzun müddət həndbolla məşğul olmuşam. Məqsədimiz cənub regionunda həndbolu inkişaf etdirmək, Azərbaycan yığması üçün həndbolçu yetişdirməkdir".

O, müəllimlər üçün seminarlar təşkil ediləcəyini də vurğulayıb:

"Şəxsən özüm də rayonlara gedib bu istiqamətdə işlər aparacağam. Həqiqətən işləmək istəyən müəllimlər var. Təkcə Lənkəranda 10-dan çox məktəbdə görüşlər keçirmişəm. Müəllimlərə qayda jurnalı verəcəyik. Çalışacağıq ki, planlarımız özünü doğrultsun. Olimpiya Komplekslərinin rəhbərliklərinə, bizə dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, V.Əliyev bir neçə gün öncə AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır” - MÜSAHİBƏ + FOTO
21.12.22 19:04
gundem / idman
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB
24.02.22 20:43
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

20:51 Türkiyə Estoniya və Rumıniyada qırıcı təyyarələr yerləşdirəcək
20:48 Rəsmi Ankara: İranın regionu riskə atacaq hadisələrə yol verməməsi önəmlidir
20:45 XİN başçısı: Cənubi Qafqazda sülhün təmini Türkiyənin ötən il ən çox səy göstərdiyi məsələlərdən olub
20:41 Pezeşkian: Xarici valyutanın bölüşdürülməsində korrupsiya məsələsini birdəfəlik həll etmək niyyətindəyik
20:37 Şahmat üzrə Azərbaycan çempionatının I dəstəsində qaliblər müəyyənləşib
20:34 Azərbaycan Yüksək Liqası: "Azərreyl" "Gənclər"ə, "Abşeron" isə "Gəncə"yə qalib gəlib
20:31 Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim edilib
20:27 Astara, Tərtər, Ağdaş və Goranboyda səyyar tibbi müayinələr təşkil edilib
20:24 Yanvarın 17-dən hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
20:20 Yasamalda binadakı yanğın söndürülüb - YENİLƏNİB
20:16 Bakıda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb, iki qadın xəsarət alıb - YENİLƏNİB
20:13 Azərbaycan və Vyetnam elektromobillərin birgə istehsalını nəzərdən keçirir
20:09 Azərbaycanda Mülki və Ticarət Gəmiçiliyi məcəllələri, eləcə də nəqliyyatla bağlı iki qanun dəyişib
20:06 Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub
19:59 Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib
19:57 Nazir: Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi reallaşacağını görməyi arzulayır
19:54 Ceyhun Bayramov Maqdalena Qrononu sülh prosesindəki irəliləyişlər barədə məlumatlandırıb
21:54 Əraqçi Fidana İrandakı etirazlarda xarici dövlətlərin əli olduğunu deyib - YENİLƏNİB
21:47 Fermerlər Fransa Kənd Təsərrüfatı Nazirliyinin ərazisinə daxil olublar
21:45 HƏMAS: Qəzza üzrə idarəetmə komitəsi mümkün qədər tez işə başlamalıdır
21:42 Zelenski: Ukrayna enerji sektorunda fövqəladə vəziyyət elan edib
21:39 AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalanıb
21:35 "Xankəndi" komandasının yeni baş məşqçisi açıqlanıb
21:32 Magistraturaya qəbul imtahanı fevralın 15-də keçiriləcək, sənəd qəbulu başlayıb
21:28 Bakıda 64 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə Estoniya və Rumıniyada qırıcı təyyarələr yerləşdirəcək
15.01.26 20:51
Rəsmi Ankara: İranın regionu riskə atacaq hadisələrə yol verməməsi önəmlidir
15.01.26 20:48
XİN başçısı: Cənubi Qafqazda sülhün təmini Türkiyənin ötən il ən çox səy göstərdiyi məsələlərdən olub
15.01.26 20:45
Pezeşkian: Xarici valyutanın bölüşdürülməsində korrupsiya məsələsini birdəfəlik həll etmək niyyətindəyik
15.01.26 20:41
Şahmat üzrə Azərbaycan çempionatının I dəstəsində qaliblər müəyyənləşib
15.01.26 20:37
Azərbaycan Yüksək Liqası: "Azərreyl" "Gənclər"ə, "Abşeron" isə "Gəncə"yə qalib gəlib
15.01.26 20:34
backend
Türkiyə Estoniya və Rumıniyada qırıcı təyyarələr yerləşdirəcək
15.01.26 20:51
Rəsmi Ankara: İranın regionu riskə atacaq hadisələrə yol verməməsi önəmlidir
15.01.26 20:48
XİN başçısı: Cənubi Qafqazda sülhün təmini Türkiyənin ötən il ən çox səy göstərdiyi məsələlərdən olub
15.01.26 20:45
Pezeşkian: Xarici valyutanın bölüşdürülməsində korrupsiya məsələsini birdəfəlik həll etmək niyyətindəyik
15.01.26 20:41
Şahmat üzrə Azərbaycan çempionatının I dəstəsində qaliblər müəyyənləşib
15.01.26 20:37
Azərbaycan Yüksək Liqası: "Azərreyl" "Gənclər"ə, "Abşeron" isə "Gəncə"yə qalib gəlib
15.01.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.