Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Bakıda çoxmərtəbəli binada baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
16:47
Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzil yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.