• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
31.10.25 20:37
gundem / siyaset

Milli Məclis Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanatı qəbul edib - YENİLƏNİB-2



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanatı qəbul edib.

azturktv.az xəbər verir ki, bəyanatda deyilir:

"2025-ci il noyabrın 8-də Azərbaycan xalqı ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda uzun illər apardığı mübarizənin həlledici mərhələsinə yekun vurmuş Zəfər gününü böyük milli qürur duyğusu ilə qeyd edəcəkdir. 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.

Azərbaycan beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu 30 ilə yaxın dövrdə beynəlxalq hüquqa sadiq qalaraq torpaqlarını sülh yolu ilə azad etməyə çalışmışdır. Dövlətimizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların qərar və qətnamələri münaqişənin nizama salınması üçün hüquqi zəmin yaratmışdı. Təəssüf ki, beynəlxalq qurumlar qəbul etdikləri qərarları həyata keçirməkdə qətiyyətsizlik göstərmiş və təcavüzkarı öz adı ilə çağırmaqdan boyun qaçırmış, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarından işğalın nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistanın rəhbər vəzifəli şəxslərinin "yeni ərazilər üçün yeni müharibə" iddialarını səsləndirməsi, digər bəyanatları və hərəkətləri işğalçı dövlətin əsl niyyətlərini üzə çıxarmışdır.

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.

Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatmışdır. Döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edilməsi Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılmasını təmin etmişdir.

Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin uğurla yerinə yetirilərək Azərbaycan torpaqlarının işğalına son qoyulması, tarixi ədalətin bərpa olunması xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Bütün dünyaya nümayiş etdirilmişdir ki, Azərbaycan haqsızlıqla barışmayan qüdrətli dövlətdir və bundan sonra heç kəs onunla güc və təzyiq dili ilə danışa bilməz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti 44 günlük Vətən müharibəsində tarixi Zəfərin həlledici amili olmuşdur. Həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, iqtisadi müstəqilliyin əldə edilməsinə yönələn düşünülmüş tədbirlər sayəsində Azərbaycan maliyyə dayanıqlığı və xarici yardım olmadan müharibə aparmaq qabiliyyəti qazanmışdır. Hərbi quruculuq sahəsində zəruri addımlar atılmışdır. Müdafiə sistemində geniş miqyaslı islahatlar aparılmış, müasir peşəkar ordu yaradılmış, hərbi sənaye gücləndirilmişdir.

Suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan xarici siyasətin həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmişdir. Bütün vasitələrdən istifadə edilərək Azərbaycan torpaqlarının işğalı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır.

Xalq, iqtidar və ordu arasında möhkəm birlik yaradılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Bütün siyasi qüvvələr ərazi bütövlüyünün bərpa edilməsi ideyası ətrafında birləşmişlər.

Ölkədə yaradılmış idarəçilik modeli Azərbaycana lazımi məqamda dəqiq və qətiyyətlə hərəkət etmək imkanı vermişdir. Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən "dəmir yumruğa" çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Bu dövlət terrorizmi aktları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Qarşı tərəfin qanlı hücumlarına və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olmuşdur.

Beləliklə, son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilmişdir. İşğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik, su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır.

Təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfinin işğal dövründə və müharibədən sonra Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə tank və piyada əleyhinə minalar bərpa və quruculuq işlərinin sürətlə aparılmasına maneçilik törədir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 400-dən çox mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.

Bütün bu itkilərə baxmayaraq, məhz Azərbaycan bölgədə sabitlik yaradılması və Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etmiş, sülh gündəliyinin irəliyə aparılması üçün siyasi iradə və konstruktiv yanaşma nümayiş etdirmişdir. Sülh sazişinin layihəsi də məhz Azərbaycan tərəfindən tərtib olunmuşdur. Bu ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.

Əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəkdir. Vaşinqton razılaşmalarının daha bir önəmli yekunu isə ATƏT-in Minsk qrupunun ləğv edilməsi olmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi İkinci Qarabağ müharibəsində Qələbənin tarixi əhəmiyyətini qeyd edərək dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə edir. Milli Məclis Azərbaycan Respublikası Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəklədiyini bildirərək xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə səsləyir".

11:50

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanatı qəbul edib.

Bəyanat mətnini Milli Məclisin deputatı Vüqar Rəhimzadə oxuyub.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

11:34

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanatın layihəsini müzakirə edir.

azturktv.az xəbər verir ki, bəyanatın qəbulu haqqında qərar layihəsi parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, Vətən müharibəsində qazanılan zəfərin hərbi-siyasi və mənəvi ölçüsü var: "Bu dirçəlişi ifadə edir. Son illərin hadisələri göstərir ki, yalnız liderinin ətrafında sıx birləşən xalqlar haqlarını qorumağa və bərpa etməyə qadirdir".

Spiker azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini də xatırladıb: "İndiyə kimi 50 mindən çox insan öz doğma torpağında yaşamağa başlayıb. Münaqişəyə son qoyulduqdan sonra Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh danışıqları başlayıb. İnanırıq ki, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində daha böyük uğurlar qazanacaq".

Bəyanatın mətnini Milli Məclisin deputatı Vüqar Rəhimzadə oxuyur.

Oxşar Xəbərlər

backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

19:00 Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
18:57 Ərdoğan: Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir
18:55 Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert təşkil edilib
18:51 Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
18:49 Ceyhun Bayramov: Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır
19:50 Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
19:48 Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
19:46 Xankəndidə Zəfər atəşfəşanlığı - YENİLƏNİB
19:43 Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib - YENİLƏNİB-6
19:40 Qazaxıstan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
19:37 Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
19:34 Prezident: "Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik"
19:30 Ərdoğan: "Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük qürur mənbəyidir"
19:27 Pakistanın baş naziri: "Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm"
19:25 Şəhidlərin xatirəsinə ehtiram
19:21 Prezident və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
19:17 İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - Foto
19:11 Mehriban Əliyevadan Zəfər Günü paylaşımı - Foto
19:06 Binəqədi rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb
19:01 Vətən müharibəsinin 238 iştirakçısının əvvəlki sağlamlığı bərpa edilib
18:59 Zəfərin 5-ci ildönümü münasibətilə ölkədə 174 minə yaxın ağac və kol əkilib
18:57 BCG: "Orta Dəhliz üzrə tranzit 3-4 dəfə artacaq"
18:50 İlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18:46 Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib
18:41 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
9.11.25 19:00
Ərdoğan: Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir
9.11.25 18:57
Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert təşkil edilib
9.11.25 18:55
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
9.11.25 18:51
Ceyhun Bayramov: Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır
9.11.25 18:49
backend
Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
9.11.25 19:00
Ərdoğan: Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir
9.11.25 18:57
Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert təşkil edilib
9.11.25 18:55
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
9.11.25 18:51
Ceyhun Bayramov: Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır
9.11.25 18:49
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
8.11.25 19:50
backend
Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
9.11.25 19:00
Ərdoğan: Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir
9.11.25 18:57
Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert təşkil edilib
9.11.25 18:55
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
9.11.25 18:51
Ceyhun Bayramov: Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır
9.11.25 18:49
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
8.11.25 19:50

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.