• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
23.06.25 21:34
gundem / medeniyyet

Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

















MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 22-də muğamın beşiyi olan azad Qarabağda - Ağdamdakı Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub.

Tədbirdə rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, festivalın xarici qonaqları iştirak ediblər. Mərasim Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında milli rəqsimizin nümayişi ilə başlayıb. Daha sonra festival çərçivəsində keçirilmiş tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov ənənəvi festivalın gerçəkləşməsində Heydər Əliyev Fondunun mühüm rolu olduğunu vurğulayıb. O, 17-22 iyun tarixlərini əhatə edən muğam bayramının müxtəlif maraqlı tədbirlərlə yaddaşlara yazıldığını bildirib.

Özbəkistanın və Tacikistanın Xalq artisti, muğam müsabiqəsində münsiflər heyətinin sədri Munojat Yolçiyeva çıxışında muğamın çoxsaylı xalqları birləşdirən bir dəyər olduğunu söyləyib. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə festivalın bağlanış mərasiminin Qarabağımızda, işğaldan azad edildikdən sonra sürətlə qurulan, dirçəldilən muğam-sənət beşiyi Ağdamda keçirilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, builki müsabiqə daha bir neçə istedadlı gənc muğam ifaçısını üzə çıxarıb.

Sonra festival çərçivəsində təşkil olunmuş beynəlxalq muğam ifaçıları müsabiqəsinin laureatları mükafatlandırılıb. Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı Çindən Sincan Uyğur musiqi qrupuna təqdim olunub.

Özbəkistan təmsilçiləri Alibek Saparboyev və Dilnoza Akbarova (III yer), Azərbaycan təmsilçiləri Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnama (II yer), Özbəkistandan Farangiz Mahmudova (I yer) və müsabiqənin Qran-prisini qazanan Azərbaycan təmsilçisi Məftun Səfərliyə mükafatlar təqdim olunub.

Tədbir müsabiqə laureatları və digər xanəndələrin ifasında maraqlı konsert proqramı ilə başa çatıb. Beləliklə, "Muğam aləmi" festivalı bu dəfə də onlarla ölkədən ifaçıları mədəniyyətlər beşiyi Azərbaycanda bir araya gətirdi və yarısı arxada qalan 2025-ci ilin unudulmaz sənət hadisəsinə çevrilib.

Oxşar Xəbərlər

backend
“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB
17.04.25 22:03
gundem / medeniyyet
backend
Azərbaycanda 27 min nəfərin iştirakı ilə keçirilən festivala yekun vurulub - YENİLƏNİB
13.11.23 22:21
gundem / medeniyyet
backend
I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başa çatıb - FOTO
5.11.23 21:21
gundem / medeniyyet
backend
Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb - FOTO
14.05.22 20:14
gundem / siyaset
backend
12-14 mayda Şuşada V Xarıbülbül Festivalı keçiriləcək
10.05.22 21:33
gundem / medeniyyet

XƏBƏR LENTİ

21:53 Ərdoğan Qazaxıstanda dövlət səfərindədir
21:43 "Hizbullah" Livanın cənubunda İsrail hərbçilərinə qarşı kamikadze dronlardan istifadə edib
21:36 Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq
21:32 Bayraktaroğlu və NATO admiralı regional təhlükəsizliyi müzakirə ediblər
21:30 Türkiyədə Avropanın enerji təhlükəsizliyi müzakirə edilib
21:24 Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
21:19 Azərbaycanın U-21 millisi Türkiyədə 2 yoldaşlıq oyunu keçirəcək
21:16 Azərbaycan karateçiləri Gürcüstanda keçirilən Avropa çempionatında 6 medal qazanıblar
21:11 Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib
21:08 Yanvar-aprel aylarında əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib
21:06 Azərbaycanda 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq
21:00 Sabah 31° isti olacaq - PROQNOZ
20:57 Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub
20:52 SOCAR-ın pavilyonu OGU2026 sərgisində "Ən Yaxşı Milli Stend Dizaynı" nominasiyası üzrə mükafata layiq görülüb
20:48 OPEC: Martda BTC ilə neft ixracı 13 % artıb
20:42 Azərbaycan və İran XİN başçıları regiondakı vəziyyətlə bağlı danışıqların gedişatını müzakirə ediblər
20:39 İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib
20:36 Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
20:33 Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib
20:27 Slovakiya nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
20:22 Azərbaycan və Slovakiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
20:17 Zəngilana və Cəbrayılın Şükürbəyli kəndinə yeni köçürülən ailələrə açarlar təqdim edilib - YENİLƏNİB-2
20:11 Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib
20:05 "Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub
21:35 İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Qazaxıstanda dövlət səfərindədir
13.05.26 21:53
"Hizbullah" Livanın cənubunda İsrail hərbçilərinə qarşı kamikadze dronlardan istifadə edib
13.05.26 21:43
Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq
13.05.26 21:36
Bayraktaroğlu və NATO admiralı regional təhlükəsizliyi müzakirə ediblər
13.05.26 21:32
Türkiyədə Avropanın enerji təhlükəsizliyi müzakirə edilib
13.05.26 21:30
Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
13.05.26 21:24
backend
Ərdoğan Qazaxıstanda dövlət səfərindədir
13.05.26 21:53
"Hizbullah" Livanın cənubunda İsrail hərbçilərinə qarşı kamikadze dronlardan istifadə edib
13.05.26 21:43
Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq
13.05.26 21:36
Bayraktaroğlu və NATO admiralı regional təhlükəsizliyi müzakirə ediblər
13.05.26 21:32
Türkiyədə Avropanın enerji təhlükəsizliyi müzakirə edilib
13.05.26 21:30
Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
13.05.26 21:24

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.