• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
21.05.25 21:35
gundem / idman

Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) aidiyyəti milli idman federasiyalarıyla (MİF) birgə təşkilatçılığıyla keçirilən təlim-məşq toplanışı (TMT) çərçivəsində maarifləndirici seminar təşkil edilib.

azturktv.az xəbər verir ki, Azərbaycan Atletlər Komissiyasının (AAK) da fəal iştirak etdiyi seminarın məqsədi idmançılara Olimpiya dəyərləri və “Təhlükəsiz İdman” mövzusu ilə bağlı ətraflı məlumat vermək olub.

Seminarda 6 idman növündən 70 nəfərdən artıq yeniyetmə iştirak edib. Onlara seminar zamanı təqdim olunan əyləncəli və maarifləndirici oyunlar yeniyetmələr arasında ünsiyyətin güclənməsinə və dostluq əlaqələrinin formalaşmasına xidmət edib.

Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalının (AGOF) missiya rəhbəri, BOK-un “Təhlükəsiz İdman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev tədbirin əvvəlində iştirakçılara AGOF və seminar haqqında ətraflı məlumat verib. O, “Təhlükəsiz İdman” mövzusunun son illərdə çox aktual olduğunu vurğulayıb və bu sahədə idmançı və məşqçilərin rolu, məsuliyyətləri barədə təqdimatla çıxış edib.

Daha sonra MOK-un əməkdaşları və AGOF-un sabiq, həmçinin hazırkı səfirləri Günay Salamova və Nərmin Kərimova iştirakçılara Olimpiya dəyərlərinin təbliği, komanda ruhunun formalaşması və “Təhlükəsiz İdman” mövzusunda praktik biliklərin artırılması məqsədilə əyləncəli və maarifləndirici oyunlar təqdim ediblər.

Tədbirdə Atletlər Komissiyasının üzvləri, tanınmış idmançılar Rafiq Hüseynov, İradə Aşumova və Fəridə Əzizova ilə yeniyetmə idmançılar arasında qrup müzakirələri aparılıb.

Sonda çıxış edən Rafiq Hüseynov və MOK əməkdaşı Mehman Kərimov ölkəmizi AGOF-da təmsil edəcək gənc idmançılara uğurlar arzulayıblar.

Toplanışın əsas məqsədi yeniyetmə idmançıların Skopye 2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına yüksək səviyyədə və hərtərəfli hazırlığını təmin etməkdir. MOK-un aidiyyəti milli idman federasiyaları ilə təşkil etdiyi təlim-məşq toplanışı 24 may tarixinədək davam edəcək.

Oxşar Xəbərlər

backend
Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar keçirib
17.03.25 21:30
gundem / idman
backend
Ağacan Abiyev “Olimpiya çələngi” mükafatı ilə təltif olunub
1.03.25 20:08
gundem / idman
backend
Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri ilə görüş keçirilib
15.10.24 21:18
gundem / idman
backend
MOK-un əməkdaşı I Milli Olimpiya Komitələri Assosiasiyasının seminarında iştirak edib
29.05.24 22:41
gundem / idman
backend
Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər keçirilir
22.12.22 21:25
gundem / idman

XƏBƏR LENTİ

21:14 Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
21:08 Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
21:51 Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
21:49 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
21:47 Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
21:44 Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
21:41 Rusiya Sumıya zərbə endirib, dörd nəfər ölüb
21:38 İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib
21:33 Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib
21:31 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
21:27 Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub
21:20 Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
21:16 Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
21:13 Bu gün Bakının 544 küçəsi yuyulub - YENİLƏNİB
21:07 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar
21:03 Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
20:58 Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:55 Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində olub - YENİLƏNİB
20:43 Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib
20:38 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
20:35 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
20:31 İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
20:29 Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib
20:26 İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
20:24 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
17.07.26 21:14
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
17.07.26 21:08
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
11.07.26 21:51
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
11.07.26 21:49
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
11.07.26 21:47
Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
11.07.26 21:44

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.